Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş olmuşdur
26.09.13 22:15

Astanaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Qazaxıstandakı səfirliyində olmuş, səfirliyin əməkdaşları ilə görüşmüşdür. Səfir Zakir Həşimov söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi vaxtı ilə səmimi dostluq münasibətləri birləşdirirdi və bu da ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə qalxmasında mühüm rol oynamışdır. Diplomatın sözlərinə görə, bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.
Görüşdə məlumat verilmişdir ki, səfirliyin yeni binasının tikintisi üçün artıq torpaq sahəsi ayrılmışdır və bu istiqamətdə iş aparılır.
Allahşükür Paşazadə ölkələrimiz arasında din işləri sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, birgə layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərdən söhbət açmışdır.
URL / WWW
http://kelam.az/article/a-8104.html