Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bütün Qafqazın Şeyxi Qazaxıstanda keçirilən konfransda iştirak edib
26.09.13 18:00

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın paytaxtı Astanada keçirilən “Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransdan öncə QMİ sədri Şeyxülislam A. Paşazadə Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbul edilib. Senat sədri Azərbaycan və Qafqaz müsəlmanlarının dini liderinə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunmuş forumun işinə qatıldığı üçün təşəkkürlərini bildirib. K. Mami Şeyxülislam A. Paşazadə kimi dinlərarası əməkdaşlıq işinə böyük əməli töhfələr vermiş bir dini liderin iştirakından məmnunluq duyduğunu bildirib.
Ulu öndər Heydər Əliyevlə Qazaxıstanın lideri Nursultan Nazarbayev arasında mövcud olmuş yüksək ehtiramlı münasibətlərin bu gün də İlham Əliyevlə Qazaxıstanın ağsaqqal rəhbəri arasında davam etdirilməsindən söhbət açan və bundan dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə böyük fayda gəldiyini vurğulayan Şeyxülislam A. Paşazadə bu dəyərli əlaqələrin hər zaman inkişaf etməsi üçün dualar etdiyini bildirib.
Şeyxülislam A. Paşazadə Astana forumlarının Katibliyinin XII sessiyasında iştirak edib. Katiblik növbəti Qurultayın keçirilməsinə dair təşkilatı məsələləri, gələcək prioritet və perspektivləri müzakirə edib. 
Şeyxülislam Allahşükür Paşazadə həmçinin “Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimində çıxış edib.
Öz çıxışında A. Paşazadə, həmçinin, Qazaxıstan xalqının, onun lideri-türk xalqlarının ağsaqqalı N. Nazarbayevin Azərbaycan xalqının Qarabağ probleminin ədalətli həlli istiqamətində səylərinə hər zaman beynəlxalq müstəvidə dəstək nümayiş etdirdiyini yüksək qiymətləndirdiyimizi bildirib.
Daha sonra Şeyxülislam A. Paşazadə Qazaxıstanın Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri Kayrat Lama Şəriflə görüşüb. Azərbaycanla Qazaxıstan arasında tarixi dini-mənəvi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən Qazaxıstan rəsmisi, bu işdə QMİ sədrinin də öz səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib.
K. Lama Şərif Bakıda aprel ayında keçirilmiş MDB müsəlmanlarının tədbirinin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-8103.html