Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fəttah Heydərov: “İnkişaf və sabitliyi istəyən hər bir kəs İlham Əliyevə səs verməlidir”
19.09.13 16:47

YAP Binəqədi rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat  kampaniyasına start  verib. Təbliğat-təşviqat kampaniyasına start rayon ağsaqqalları ilə görüşlə başlayıb.  Görüşdə rayon ağsaqqalları, Milli Məclisin deputatları, Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov, Hacı Madər Musayev, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və digər qonaqlar iştirak ediblər. 
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov keçirilən görüşün çox əlamətdar olduğunu bildirib. O qeyd edib ki, YAP-ın 5-ci qurultayında partiya tarixi bir qərar qəbul edib və partiya seçkilərdə iştirak etmək üçün cənab prezidentin namizədliyini irəli sürüb. YAP-ın namizədi vaxtında kifayət qədər imza toplayıb və uğurla qeydə alınıb. R.Göyüşov bildirib ki, bu günkü tədbir təsadüfi deyildir:
“Biz təbliğat-təşviqat kampaniyasına ağsaqqalların, ziyalıların iştirakı ilə başlayırıq. Biz təbliğata başlamaq haqda düşünən zaman qərara gəldik ki, bu kampaniyaya elə ilk xeyir-duanı ağsaqqallar versinlər. Bu məqsədlə tədbir təşkil olunub”.  R.Göyüşov Prezident İlham Əliyev son 10 ildə ölkəmizin bəlkə də 100 ildə keçəcəyi bir yolu keçdi.  
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin namizədliyini irəli sürüb: “Bir çox işlər tamamlanıb. Prezidentliyə namizədlər təbliğata başlayıblar. Bu gün hamı bilir ki, İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, çünki son on il ərzində böyük işlər görülüb. Görülən işlər barədə çox danışılıb. İlham Əliyev Heydər Əliyevin başladığı işi davam etdirir. Bu gün həyat inkişaf edir. Gənclik inkişaf edir. Gənclik bu gün bizim keçdiyimiz yolu, son on ili yaxşı bilir, amma Heydər Əliyevin keçdiyi yolun bir hissəsi onlara məlum deyil. Azərbaycanın başına gələn müsibətlərdən az xəbərdardırlar. Bu gün məqsəd də ondan ibarətdir ki, bu işlər, keçilən yol barəsində onlara daha çox məlumat verilsin, onlar proseslərdən agah olsunlar. Hazırda, əvvəllər ittifaqda olan on beş dövlətin heç biri Azərbaycan qədər itirməyib, Azərbaycan qədər əzab-əziyyət görməyib. Azərbaycan minlərlə şəhid verib. O zaman müharibədə həlak olanların əksəriyyəti gənclər idi. Heç bir 15 respublikada Azərbaycan qədər məcburi köçkün, öz yurd-yuvasından məhrum olan bir milyon insan yoxdur. Bu gün bütün baş verən prosesləri gənclərə çatdırmaq lazımdır. Biz bir daha tarixə nəzər salmalıyıq”. 
Bu gün gənclərlə işləməyin vacib olduğunu bildirən Fəttah Heydərov qeyd edib ki, gənclik düzgün istiqamətdə inkişaf etməlidir: “İnkişaf, stabillik üçün hər bir kəs prezident İlham Əliyevə səs verməlidir”.   
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ağsaqqallarla görüşün vacib olduğunu qeyd edib. O prezident seçkilərinin məsuliyyətli bir hadisə olduğunu bildirib. 90-cı illərin əvvəllərində ölkədə baş verən özbaşınalıqdan danışan Eldar İbrahimov Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini bildirib. O qeyd edib ki, sonrakı dövrlərdə müstəqilliyi daha da inkişaf etdirən isə İlham Əliyev olub: “Azərbaycan tarixində hələ elə bir hal olmayıb ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin. Bu İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirən İlham Əliyev ölkənin enerji təhlükəsizliyini təmin etdi. Bu gün Azərbaycanın heç bir bölgəsi digərindən geri qalmır. Bütün sahələrdə sürətli inkişaf gedir. Aparılan uğurlu daxili siyasətin, quruculuq işlərinin nəticəsidir ki, bu gün Qəbələ rayonu müxtəlif ölkələrin prezidentlərinin yığıldığı bir məkana çevrilib. Tikilən binalar, çəkilən yollar görülən böyük işlərin nəticəsidir. 10 il ərzində bütün sahələrdə inkişaf qeydə alınıb”. O qeyd edib ki, bütün bunlardan sonra biz ağsaqqalların mənəvi haqqı yoxdur ki, imkan verək ki, ölkədə stabillik pozulsun və hakimiyyət erməniyə qulluq edən şəxslərin əlinə keçsin. E.İbrahimov bildirib ki, bu gün Binəqədi ağsaqqalları gənc nəsillə işləməlidirlər: “Gənclər 90-cı illərin əvvəllərini görməyiblər. Müharibə dövrü, müxtəlif çətinliklər dövrünü yaşamış ağsaqqallar bu gün gənclərə düzgün istiqamət göstərməlidirlər. İlham Əliyev bütün fəaliyyətini ölkə üçün, Azərbaycan xalqı üçün edir. Mən bilirəm ki, Binəqədi ağsaqqalları əl-ələ verib güclü Azərbaycanın inkişafı üçün işləyəcəklər. Bizim devizimiz “İlhamla irəli”dir və bu devzlə də irəliyə doğru addımlayacağıq”. 
Millət vəkili Hacı Madər Musayev bildirib ki, bu gün hər bir kəs məsuliyyətlə hərəkət etməlidir: “Bütün dünya bilir ki, Azərbaycan hara gedir. Biz hamımız 90-cı illərin əvvəllərində nələrin olduğunu görmüşük. Ulu öndərin qurduğu dövlət günü-gündən çiçəklənir və bu siyasət öz bəhrəsini verir. Mən Binəqədi sakini kimi, deməliyəm ki, ağsaqqallığın məsuliyyətini hər birimiz dərk etməliyik. Hesab edirəm ki, çoxlu ağsaqqalı olan rayonda prezident seçkiləri ilə bağlı heç bir problem olmayacaq. Bu gün ölkədəki ab-hava hamıya aydındır. Ölkədə hər gün inkişaf prosesi sürətlənir”. Ölkədə davam edən sürətli inkişaf və quruculuq işlərindən danışan Hacı Madər Musayev bir daha hər kəsi məsuliyyətli olmağa səsləyib. 
YAP Siyasi Şuranın üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov qeyd edib ki, tədbirdə iştirak edən ağsaqqallar Azərbaycanın inkişafı üçün çalışan şəxslərdirlər: “Bu gün ağsaqqalların təcrübəsi ölkəmiz və gənclik üçün çox vacibdir. Azərbaycan dövləti həm gənc, həm də qocaman bir dövlətdir, çünki ilk günlərdən etibarən sosial-iqtisadi problemlərin həlli ilə bərabər Azərbaycan gəncliyinin inkişafına kifayət qədər diqqət ayrılıb. Ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan İlham Əliyevin apardığı siyasət nəticəsində bu gün Azərbaycan dövləti təkcə region çərçivəsində deyil, həm də beynəlxalq miqyasda tanınır. Bu gün xaricdə təhsil almaq imkanı demək olar ki, hər bir gəncə  verilib. Bunun üçün sadəcə yetərincə çalışmaq və nəticə göstərmək lazımdır”. 
Sonda tədbirdə iştirak edən rayon ağsaqqalları seçkilər və ölkədə gedən inkişafla bağlı çıxışlar etdilər və öz fikirlərini bildirdilər.    

URL / WWW
http://kelam.az/article/a-8101.html