Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Prezident İlham Əliyev tərəfindən həyatın bütün sahələrini əhatə edən kompleks quruculuq işləri görülür”
17.09.13 23:28

YAP Binəqədi rayon təşkilatının HB Klinikası Ərazi İlk Partiya təşkilatında növbəti görüşü baş tutub.  HB Klinikası Ərazi ilk partiya təşkilatının sədri Təşkilat Ağayev klinika və orada fəaliyyət göstərən ərazi ilk partiya təşkilatı və onların üzvləri barədə məlumat verib. O qeyd edib ki, ərazi ilk partiya təşkilatı 2010-cu ildən fəaliyyət göstərir və həmin andan etibarən partiyaya böyük maraq yaranıb və təsadüfi deyildir ki, hazırda klinikada Yeni Azərbaycan Partiyasının 62 üzvü var. O qeyd etdi ki, hazırda partiyanın üzvü olan həkimlərin 90 faizi ali təhsillidir və ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Çıxışında ölkədə gedən iqtisadi və siyasi prosesləri qeyd edən T.Ağayev bildirib ki, ölkədə hazırda İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf getməkdədir.  
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkədə və Binəqədi rayonunda görülən işlərdən danışıb. Binəqədi rayonu ərazisində 40 səhiyyə müəssisəsinin olduğunu bildirən YAP Binəqədi rayon təşkilatının sədri qeyd edib ki, HB klinikasının rayonda xüsusi nüfuzu var. Ramiz Göyüşov qeyd edib ki, keçirilən görüşün məqsədi ərazi ilk partiya təşkilatlarında YAP fəalları ilə görüşmək və müzakirələr aparmaqdır. Ramiz Göyüşov bildirib ki, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir və hazırda seçki prosesində təbliğat-təşviqat kampaniyasına start verilib: “Bu gün prezident İlham Əliyev tərəfindən ictimai həyatın bütün sahələrini əhatə edən kompleks quruculuq işləri görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı olan İlham Əliyev son 10 ildə Azərbaycanı regional liderə çevirib, ən böyük enerji layihələri reallaşıb. Şərq-Qərb, Şimal-Cənub dəhlizində yerləşən, mürəkkəb geosiyasi mövqeyə malik olan ölkəmiz aparılan siyasət nəticəsində hər gün inkişaf edir. Azərbaycan məhz İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçilib. TAP layihəsi reallaşıb. Regionların sosial - iqtisadi inkişaf üçün dövlət proqramları qəbul edilib. Son 10 ildə dövlət büdcəsi dəfələrlə artıb. Səhiyyəyə, elmə dövlət tərəfindən vəsaitlər ayrılıb”. 
O qeyd etdi ki, 20 il əvvəl ölkəmizi dünya xəritəsində demək olar ki, çox dövlətlər tanımırdı. İndi Azərbaycan həyata keçirilən siyasət nəticəsində dünya miqyasında tanınır. Böyük layihələr həyata keçirilir. Seçki prosesindən və aparılan təbliğat - təşviqat kampaniyasından danışan YAP Binəqədi rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi prezident seçkilərində aktiv olmağa səsləyib.
HB klinikasının Baş direktoru Hikmət Butayev bildirib ki, bu gün Azərbaycanın inkişafı sürətli templərlə davam etməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş məqsədyönlü siyasətin, onun davamçısı İlham Əliyev tərəfindən aparıldığını bildirən H.Butayev seçkilərdə hər kəsi fəal olmağa və səsvermə günü seçimi vicdanla etməyə, Azərbaycanın uğurlu gələcəyinə səs verməyə səsləyib. O qeyd edib ki, heç şübhəsiz klinikada Yeni Azərbaycan Partiyasının üzvlərinin seçimi cənab İlham Əliyev olacaq. O bildirib ki, davamlı inkişaf, modernləşmə, demokratikləşmə üçün hər bir şəxs düzgün seçim edərək İlham Əliyevə səs verməlidir.
Sonra Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş şəxslərə partiya bileti təqdim edilib və yeni üzvlərin qəbulu məsələsinə baxılıb.
URL / WWW
http://kelam.az/article/a-8099.html