Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatları ilə görüşləri davam etdirir
13.09.13 23:39

YAP Binəqədi rayon təşkilatının Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunda ərazi ilk partiya təşkilatının üzvləri ilə görüşü baş tutub. Tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov institut haqqında məlumat verərək qeyd edib ki, hazırda təhsil müəssisəsinin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində iş aparılır. Son beş ildə institutun əməkdaşları tərəfindən 700 qədər elmi işlər çap edilib, beynəlxalq konfrans keçirilib və bu konfranslarda müxtəlif universitetlərin rektorları ən müxtəlif sahələr ətrafında məruzələr ediblər.  
İnstitutda YAP ərazi ilk partiya təşkilatının sədri İntizar Sultanlı institutda çalışan YAP-ın üzvləri barədə məlumat verib və qeyd edib ki, təhsil müəssisəsinin kadr potensialının artırılması və inkişafı üçün işlər görülür. 
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, təhsil sahəsi daim dövlətin diqqət mərkəzindədir. Bu gün təhsilə ayrılan vəsaitlərin həcmi ilbəil artır. Təhsilin inkişafı üçün kompleks işlər görülür. O, bildirib ki, təqdirəlayiq haldır ki, hazırda dövlət proqramı çərçivəsində gənclər xaricə ən nüfuzlu universitetlərə göndərilir və bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti ən yüksək səviyyədə elmə, təhsilə qayğı göstərir. Ölkənin  hər yerində təhsil müəssisələri əsaslı şəkildə təmir olunur. Təhsilə qayğıda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu bildirən R.Göyüşov vurğulayıb ki, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində böyük işlər görülüb. Orta məktəblərin kompüterləşməsi üçün ardıcıl, məqsədyönlü iş aparılıb. Binəqədidə də orta təhsil məktəblərinin və eləcə də uşaq bağçalarının böyük əksəriyyəti əsaslı təmir edilib.
Məktəblərin maddi texniki bazası güclənib. R.Göyüşov eyni zamanda bu gün ölkənin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın Cənubi Qafqazda söz sahibi olduğunu, ölkəmizin iştirakı olmadan heç bir regional layihənin reallaşmadığını da bildirib. O qeyd edib ki, Ümumdünya İqtisadi Forumunun (ÜİF) tərtib etdiyi 2012-2013-cü illərdə rəqabətə davamlılıq reytinqində Azərbaycan 144 ölkə arasında 46-cı yeri tutub, Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. 

URL / WWW
http://kelam.az/article/a-8098.html