Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Opera və Balet Teatrı yeni mövsümə “Arşın mal alan”la başlayacaq
10.09.13 21:13

Ənənəyə uyğun olaraq Opera və Balet Teatrı hər il yeni teatr mövsümünə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayır. 
Teatrdan verilən məlumata görə, bu dəfə də sentyabrın 18-də 105-ci teatr mövsümünə milli musiqi sənətimizin incilərindən biri olan “Arşın mal alan” tamaşası ilə start veriləcək.
Tamaşa V  Üz.Hacıbəyli Beynəlxalq Musiqi festivalının açılışına və ölməz əsərin 100 illik yubileyinə həsr olunub. Qeyd edək ki, tamaşada əsas rollarda teatrın təcrübəli solistləri ilə yanaşı, həm də istedadlı gənc vokalçılar iştirak edəcəklər.
Tamaşanı Xalq artisti, profesor Cavanşir Cəfərov idarə edəcək.
URL / WWW
http://kelam.az/article/a-8097.html