Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qərb bölgəsinin dindarları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər
10.09.13 21:12

Bu gün Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət təşkilatçılığı ilə Respublikanın Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib. Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanatın mətni konfrans iştirakçılarına təqdim edilib. Səsə qoyulan bəyanat qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icma nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub. 
Bəyanatda qeyd olunur ki, bu gün hər bir azərbaycanlının, xüsusilə dindarın tariximiz və dövlətimiz qarşısında yerinə yetirməyə borclu olduğu şərəfli bir vəzifə dayanır. Bu vəzifə bizdən Ümummilli Liderimizin çətin, lakin şərəfli yolunu uğurla davam etdirən, onun layiqli varisi olan cənab Prezidentə sadiq olmağı və onu dəstəkləməyi tələb edir. “Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təkcə azərbaycanlılar deyil, bütün müsəlmanlar üçün xüsusi əhəmiyyəti olan Gəncə şəhərindəki İmamzadə ziyarətgahının əsaslı bərpa olunaraq yenidən qurulması milli-mənəvi dəyərlərimizə, xüsusilə biz dindarlara böyük diqqət və qayğının təcəssüməsidir.Biz ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Qərb bölgəsinin dindarları artıq öz seçimimizi edərək Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevi dəstəkləyirik. Əminik ki, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz tövhəsini verəcək” –  deyə bəyanatda qeyd olunur.

URL / WWW
http://kelam.az/article/a-8096.html