Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qürbətdə Azərbaycan adı...
03.09.13 03:40

Bu günlərdə Rusiyada bir azərbaycanlı gəncin yaşlı rus vətəndaşını təpikləməsini görüntüləyən videosunu görəndə təəccüblənmədim. Nədən ki, gənclərimiz bəzən özlərini zəbt edə bilmirlər. Harda və necə gəldi hərəkət edərək həm özlərini, həm də onlara bu və ya digər mənada dəstək olan insanları pis vəziyyətə qoyurlar. 
Bildiyimiz kimi, Moskva böyük şəhərdir. Bu şəhərdə baş çıxarmaq çox çətindir. İnsana arxa - dayaq olmasa, onun Rusiyada yaşaması da çətinləşir. Çünki bura üz tutan hara getdiyini bilməsə, bu “burulğan”da bata bilər. Elə ona görə də Rusiyaya üz tutanların əksəriyəti övladlarını inandığı - etibarlı bir insanın yanına göndərir. Belə insanlardan biri də Moskva vilayəti Dmitrov rayon Ümumrusiya Azərbaysanlılar Konqresinin sədri Hacı Seyran Hüseynovdur. O, Dmitrov rayonu Yaxrama şəhərində böyük bir firmaya rəhbərlik edir. Firmada çalışan azərbaycanlıların yaxşı yaşaması üçün Hacı Seyran hər cür şərait yaradıb. Onun yanında azərbaycanlılarla yanaşı, müxtəlif millətin nümayəndələri də çalışır. Lakin insanlar arasında bəzən böyük yolunu bilməyənlərə də rast gəlmək olur. Hacı Seyrandan bəhs etməyim də elə onun “yolunu azmışlar”a doğru yol göstərməsi ilə bağlıdır.  
Belə ki, Hacı Seyranın rəhbərlik etdiyi firmada çalışan Samid Mənsimov (Malik oğlu) adlı gənc bir vaxtlar Moskvaya çorək pulu qazanmağa gəlmişdi. Zaman keçdikcə onun millətin adına layiq olmayan işlər gördüyü üzə çıxdı. Bir dəfə S.Mənsimov Moldova vətəndaşı Viktoriya Bişir Qeorqievnaya qarşı kobud hərəkət edərək onu bacısı ilə restoranda yemək yedikləri yerdə vumuşdur. Hadisə zamanı Viktoriya Bişir Qeorqievna gözünün altından zərbə də almışdır. 
Restoranda baş verən bu iyrənc hadisəni yerli milislər görmüş və Samidi həbs edərək milis bölməsinə aparmışdılar. Təbii ki, zərərçəkən Viktoriya Bişir Qeorqievna da şikayətçi olmuşdu və haqlı olaraq Samidin həbs olunmasını tələb edirdi. Hadisədən xəbər tutan Hacı Seyran Hüseynov tərəflər arasında sülh yaradaraq Samidin həbsdən azad olunmasına nail olmuşdu. Lakin Samid bu yaxşılıqdan nəticə çıxarmadı. Onun bu hərəkətləri ilə heç çür barışmayan Hacı Seyran sonda Samidi işdən azad etmişdir.  
Bir müddət Moskvada işsiz qalan Samid Azərbaycana geri qayıdır. Vətənə dönəndən sonra isə hər şeyi ailəsinə tam əksinə anladaraq evdəkilərə yanlış məlumat verir. Onun yanlış məlumatından sonra atası Malik telefonla Moskvaya -  Hacı Seyrana zəng edərək onu hədələməyə başlayır. Hələ bu azmış kimi Hacı Seyranın Azərbaycanda yaşayan doğmalarına qarşı da kobud rəftar edir. 
Göründüyü kimi, ata oğlunu qarşısında oturdub həqiqətləri soruşmaq əvəzinə, aldığı yanlış informasiya nəticəsində neçə ailənin evinə dava-dalaş salır.  
Əfsuslar olsun ki, Rusiyanın müxtəlif şəhərlərində yaşayan belə soydaşlarımız da var. Azərbaycana yola salınan tabutların da çoxu elə məhz bu səbəbdən qaynaqlanır.  Gənclərimiz  bəzən ifrata vararaq Azərbaycanın adına yaraşmayan hərəkətlər edirlər. Təbii ki, bütün bunlar da yerli insnların haqlı narazılığına səbəb olur.

 
Gülsüm Adilqızı
Moskva
URL / WWW
http://kelam.az/article/a-8092.html