Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əsədi vurmaq üçün 3 ölkə razılaşdı
27.08.13 04:32

ABŞ, İngiltərə və Fransa Suriyaya hərbi müdaxilə mövzusunda razılaşıb. AZADİNFORM  xəbər verir ki, ABŞ, İngiltərə və Fransa Xarici İşlər Nazirliklərindən verilən açıqlamalarda üç ölkənin liderlərinin həftə sonu Suriya sərhədlərində hərbi müdaxilə mövzusunda razılaşdıqlarına dair informasiyalar yayılıb.
İngiltərə Baş naziri Devid Cameron hərbi müdaxilə istəyərkən hökumət qaynaqları London və müttəfiqlərinin hava hücumları, uçuşa qadağan bölgə tətbiq olunması və Suriyadakı üsyançıların silahlandırılması kimi bir sıra variantı qiymətləndirməyin vacib olduğunu bildirib. 
ABŞ xarici işlər naziri Villiam Hague isə "21-ci əsrdə kimyəvi silahların rahatca istifadə edilməsi və bir nəticəsi olmaması ehtimalı düşünülə bilməz. Belə bir hücumun cavabsız qalmayacağını göstərəcəyik”  - deyib. 
Fransa xarici işlər naziri Laurent Fabius mütləq Suriyaya cavab veriləcəyini, ancaq bunun hansı yoldan ediləcəyinin hələ dəqiqləşmədiyini söyləyərək “Qərar hələ qəbul edilməyib. Mütənasib bir reaksiya göstərilməlidir. Bu reaksiyanın nə olacağına qarşıdakı günlərdə qərar veriləcək. Bütün variantlar göz önünə gətiriləcək və günahkar layiqli cəzasını alacaq deyərək mövzuya münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-8091.html