Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sumqayıtda Xocalı faciəsi ilə bağlı e-mail aksiyası təşkil edilib
22.02.10 20:35

Sumqayıt Gənclər və İdman Baş İdarəsi şəhər gənclər təşkilatlarının təşəbbüsü ilə Xocalı faciəsi ilə bağlı 17 fevral 2010-cu ildən başlayaraq e-mail aksiyası təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. E-mail aksiyası 26 fevral 2010-cu il tarixədək davam edəcək. E-mail aksiyasına şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, habelə müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan gənclər qoşulub. Aksiya çərçivəsində gənclər Xocalı soyqırımı haqqında ingilis və rus dillərində qısa məlumat və video lentləri xarici ölkələrin hökumət nümayəndələrinə, habelə beynəlxalq təşkilatlarının nümayəndələrinə, xarici ölkələrdəki gənclər təşkilatlarına elektron poçt vasitəsilə məlumat göndərirlər. Qeyd edək ki, aksiyanın təşkilində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası, İREX-in Sumqayıt nümayəndəliyi texniki dəstək göstərir.
URL / WWW
http://kelam.az/article/a-809.html