Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “2” qiymət almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərib
27.08.13 04:25

Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsil alanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir. Ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınıb. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var.
Bu bir daha nümayiş etdirir ki,  Prezident  İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanlarının yaradılması baxımından düzgün qərar olub. Ali məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmış olur.
Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb. Belə ki, 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb.  16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-8089.html