Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirildi
27.08.13 04:06

Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirildi. ANS PRESS-in məlumatına görə, toplantı qürumun rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin çıxışı ilə başladı. ANS PRESS-in məlumatına görə, H.A.Paşazadə Qafqazın nüfuzlu din xadimlərinə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırdı. O, Çeçenistan Respublikasının milli lideri Ahmed Kadırovun ad günü ərəfəsində Qroznıya gəlişinin ələmatdar olduğunu vurğuladı. Qroznının bu günki durumunu, müharibənin vurduğu yaraların sağalmasını və Çeçenistanın çiçəklənməsini A.Kadırovun şəhid ruhu üçün hədiyyə olduğunu bildirən Şeyx, onun oğlunun - Çeçenistan prezidenti Ramzan Kadırovun atasının layiqli davamçısı olduğunu qeyd etdi. 
Daha sonra Hacı Allahşükür Paşazadə MDB Müsəlmanları Məşvərət Şurasının hesabatını təqdim etdi və xüsusilə Bakı Konfransı, burada qəbul edilən qərarlar üzərində dayandı. H.A.Paşazadə, "Bizim əsas məqsədimiz postsovet məkanında müsəlman icmaların, müsəlman dini liderlərinin dini radikalizmin yayılmasına qarşı mübarizədə birləşə bilməsi və multikulturalizm və tolerantlığa sədaqətdir."- deyərək çıxışına davam etdi. 
Şeyx bildirdi ki, Bakı konfransından sonra Pribaltika və Şərqi Avropa ölkələrindən MDB Müsəlmanlarının Məşvərət Şurasına daxil olmaq üçün müraciətlər daxil olub ki, bu da qurumun nüfuzunun getdikcə artmasından xəbər verir. Bakı konfransında qərara alınmış başqa bir məsələ - MBD Müsəlmanları Məşvərət Şurasının Fondunun yaradılması da öz həllini tapmaqdadır. Artıq Fondun təsis sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilib.
Qafqaz xalqları Ali Dini Şurasının üzvləri diqqəti islam dünyasının bu günki reallıqlarına yönəltdilər. Çeçenistan müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini Sultan Mirzayev islam dinini təhrif edərək əqidəni radikal siyasi cərəyana çevirən, özünü sələfi adlandıraraq əslində vahabilik yayanları pislədi və bildirdi ki, onlarla mübarizə amansız olmalıdır.
Müfti qeyd etdi ki, belələri İslamı gözdən salmaqla dinimizi dünyaya çox pis şəkildə təqdim edir. S. Mirzayev, "Hər şeyi adı ilə çağırmaq, vahabiyə vahabi demək lazımdır ki, mübarizənin hədəfi tam aydın olsun" -deyə qəti qərarını bəyan etdi.
Çıxış edənlər bu yaxınlarda qətlə yetirilmiş Dağıstan müftisi İlyas Hacının dini radikalların qurbanı kimi qəbul etdiklərini bildirdilər və onlara qarşı mübarizədə daha dözümlü olmağa, belə halların bir daha baş verməməsi üçün hər kəsi qətiyyətli addımlar atmağa çağırdılar.
Ali Dini Şuranın üzvü, Şimali Qafqaz Müsəlmanları Koordinasiya mərkəzinin sədri İsmayıl Berdiyev, Beynəlxalq İslam Missiyasının prezidenti Şafiq Pişixacev, Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacı Murad Qatsalov və başqaları da bu mövqedən çıxış etdilər və dini əməkdaşlığın, tolerantlığın bariz nümunəsi tək Azərbaycanı misal çəkdilr. Amma heç şübhəsiz ki, qurumun iclasında müzakirə olunan əsas məsələlərdən biri Misir, Suriya, İraq və digər qaynaq nöqtələrdə axan qanlar, eyni Qibləyə üz tutan müsəlmanların bir-biri ilə savaşının qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi oldu. 
Qafqaz Xalqları Ali Dini Şurasının qəbul etdiyi ikinci sənəd “Qroznı Müraciəti” adlanır. Bu müraciət Azərbaycanın bütün dindarlarına və xalqına ünvanlanıb. Müraciətdə Azərbacan xalqını prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləməyə çağırılıb. Müraciəti Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə başda olamaqla Qafqazın ən nüfuzlu din rəhbərləri; Çeçenistan, Qaraçay-Çərkəz, İnquşetiya, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya, Kalmıkiya və başqaları imzalayıb. Qafqaz xalqlarının Ali Dini Şurası bu qərarını İlham Əliyevin dini dəyərlərin qorunmasındakı rolu, islamla yanaşı digər dini konvensiyalara qayğı, ölkədə tolerantlıq və multikulturalizm mühitinin yaranmasındakı xidmətləri ilə əlaqələndirib. 
Bu seçkinin təkcə Azrbaycan üçün deyil Qafqaz və bütün region üçün əhəmiyyətli olduğu qeyd olunub və bildirilir ki, bu seçki hamımız üçün vacibdir. 
URL / WWW
http://kelam.az/article/a-8086.html