Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Çexiyanın Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq
22.02.10 20:35

Fevralın 26-da Çexiyanın Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) KƏLAMİNFO-ya verilən məlumata görə, protokolu hər iki şəhərin İcra Hakimiyyəti başçıları imzalayacaqlar. Mərasim Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, DİDK və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində baş tutacaq. Həmin gün Lidiçe Muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi təqdim olunacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film göstəriləcək. Tədbirdə Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbauch, Çexiya Parlamenti və Senatı, Çexiyadakı diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, DİDK-nin əməkdaşları, Xocalı Şəhər İcra Hakimiyyəti, bu ölkədəki diasporumuzun nümayəndələri və digər qonaqlar iştirak edəcəklər. Qeyd edək ki, Lidiçe şəhər rəhbərliyinin qərarına görə, bu şəhərdəki küçələrdən birinə Xocalı adı veriləcək. Bu barədə rəsmi qərarı bir neçə gün əvvəl Lidiçe şəhər İcra Hakimiyyətinin başçısı Yozef Klima “Azər-Çex” Cəmiyyətinə təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-808.html