Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Naxçıvanlı və gəncəli gənclərin Şimali Kiprə səfəri zamanı nələr yaşandı?
04.08.13 05:04

Naxçıvan və Gəncə ali təhsil müəsissələrinin professor və tələbə heyəti Şimali Kiprə səfər edib. Səfər Şimali Kipr Doğu Akdeniz Universiteti və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. AKDC mətbuat xidmətindən  verilən məlumata görə, Gəncə RİH və Naxçıvan Muxtar Respublikası Ali Məclisininin dəstəyi ilə gerçəkləşən səfər zamanı onlar müxtəlif sahələri əhatə edən kurslarda iştirak ediblər. 
35 fərqli ölkədən olan tələbələrin iştirakı ilə keçirilən Azərbaycan-Yaz axşamı adlı bədii gecədə də iştirak edən heyətə AKDC sədri Orxan Həsənoğlu başçılıq edib.
AKDC sədri DAU-nun hər zaman Azərbaycana diqqət ayırdığını və bu qayğı nəticəsində Kiprdə ölkəmizi qürurla təmsil etməkdən xoşbəxtlik duqduqlarını dilə gətirib.
Onu da qeyd edək ki, səfər zamanı "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin sədri Fərhad Allahverdizadənin də böyük rolu olub. 
URL / WWW
http://kelam.az/article/a-8079.html