Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məşhəd-Kərbəla ziyarətimiz…
25.07.13 03:59

Ömürlük yaddaşıma yazılan bir tarix: 15 may 2013-cü il. Yaşadığım 48 illik ən vacib məqamı, yaşayacağım, qismətim olsa, ömürün başlanğıc günü. İraqın “Əl-Aqsar” Şirkəti ilə Respublikamızda fəaliyyət göstərən “Haqqın yolu” Firmasının müştərək iş birliyi nəticəsində, Sabirabad rayon sakini Hüseynov Kərbəlayi Rövşənin rəhbərliyi və Əhmadov Hacı Balaseyid Ağaseyid oğlunun təşkilatçılığı sayəsində rayonunda 38 nəfər bir araya gəldik. 41 nömrəli qrup olub Məşhəd-Karbəla ziyarəti səfərinə çıxdıq. 
İlk andan hiss edilirdi ki, bu səfər digər səfərlərdən fərqlənir. Hər kəs çalışırdı ki, səfər yoldaşına qarşı yüksək səviyyədə və bacardığı qədər mədəniyyət nümayiş etdirsin. Sanki bu kollektivi hansısa bir qüvvə idarə edirdi. Kollektivdə Sabirabad rayon ruhanilərini Kərbəlayi Ağaisa, Kərbəlayi Malik, ziyalıları Kərbəlayi Nüsrət, Kərbəlayi Ağaba, Kərbəlayi Vüsal və başqaları təmsil edirdi. 
Saatlı ruhanilərinin təmsilçilərindən Kərbəlayi Mehman, Hacı-Kərbəlayi Teymur, həmçinin Kərbəlayi Kamran, Kərbəlayi Laçın, Kərbəlayi Kainat, Kərbəlayi Mahir və bir çox başqaları bu ziyarətin iştirakçısı idilər.


İnsan məhəbbətinin bariz nümunəsi


İranın Məşhəd şəhərində yerləşən İmam Rza (ə) və eyni zamanda Müşahpir şəhərində yerləşən İmam Rza (ə) ağanın qədmgahın, Qum şəhərində yerləşən Xanım Mənsumə ananın ziyarətgahın, onlarca digər müqəddəs ziyarətgahları ziyarət etdikcə düşünürsən bu insan selinin, bu cür axınının təşkilatçisi kimdir?
İnsana bütün madiyyatı unutturan, ən ülvü və ali istək olan Allah eşqinə qoşulmaq, insana mənən saflaşmaq məqamı verən bir zaman yaşayırsan. 
Yol gedən zaman və ziyarətgahlara daxil olan vaxt böyük olan Allahın və imamların şəninə yazılmış (müxtəlif dillərdə) qəzəl və qəsidələri eşitdikcə başqa bir sehirli aləmə düşürsən…


Məhəbbət dastanının yarandığı yer


Ziyarət zamanı tərtib edilmiş proqrama əsasən İran ərazisində Kirman şəhərində yerləşən İmamzadə Bağır ağanı ziyarət edirdik. Dəstə başçısı çalışırdı ki, bütün detalları olduğu kimi çatdırsın. Zəvvarlardan biri Bistun dağı haqda sual verdi. Əsirlər boyu dillər əzbəri olan Fərhad və Şirin dastanı yarandığı yer məhz əzəmətli Bistun dağında baş verib. Ədalətsiz şah Fərhada məhəbbətinə qovuşmağın yeganə yolu dağdan su yolunun açılacağı zaman mümkünlüyün qeyd edir. Dağda külüngün açdığı izlər, parçalanmış dağ bu gün də öz əzəmət və möhtəşəmliyini qoruyub saxlamaqdadır. Sanki dağ aşiqlik və qeyrət simvoludur… İmamzadə ağa ilə birlikdə zəvvarlar əfsanəvi pəhlivan və aşiqin ruhuna dualar oxudular…


İraq gerçəklikləri


İraqa daxil olan zaman bir tərəfdən illər uzunu oxuduğum və eşitdiyim Kərbəla adlı tarixi faciənin həyəcanı, güclü insan axınının və dəstə başçısının hadisələri olduğu kimi şərh etməsi insanı həyəcanlandırmaya bilmir… 
Müseyib şəhərində Həzrət Müslümün balalarının, Kərbəla şəhərində Həzrət Əbəlfəz ağa və İmam Hüseynin (ə) ziyarəti və həmin ziyarətlər zamanı qılınan namazların, edilən duaların, insan yalvarışlarının sədası adamı istər-istəməz başqa bir aləmə aparır.
Kərbəlada yerləşən müxtəlif məqamları ziyarət etdik, axşam namazını Xeymələr adlanan yerdə qıldıq. Rəvayətə görə Xeymələr, Kərbəla faciəsinin törətdiyi yerdir. Ziyarətdə olan zəvvarlar bu məqamı böyük həyəcan və hüzur içində ziyarət edirdilər.
Böyük çətinliklərlə hər gün şəhid verən Samirə və Kazimiyəyə gəlib çıxdıq. Əhli-Beytdən olan müxtəlif imamları ziyarət etdik. Başqa bir məqam bizi və minlərlə bizim kimi ziyarətdə olan zəvvarı düşünməyə məcbur edir: görəsən bu məmləkətin qismətinə düşüb ki, mütləq bu torpaqda müsəlman müsəlmanın qanını axıtmalıdır? Hər gün Kərbəla torpağı şəhid verməlidir? Qeyd etməliyəm ki, Hud, Saleh, Adəm və Rey peyğəmbərlərinin ziyarəti bizə böyük mənəvi zövq veridi.
Kufə və Nəcəf şəhərlərində ziyarətdə olan zaman 10 min il tarixə malik Bads-Səlam qəbristanlığında Adəm və Rey peyğəmbərlərinin ziyarəti olduqca maraqlı məqamlardan idi. Rəvayətə görə bu qəbristanlıqda 313 peyğəmbər dəfn edilib.


Şərqin poeziya dahisi, böyük Fizuli məzarının ziyarəti…


Ədəbiyyat aləminə qədəm qoyandan - Məhəmməd Fizuli həyat və yaradıcılığı ilə tanış olandan sonra Fizulini oxumaq, dərk eləməyə çalışdığım qədər onun məzarın ziyarət etmək istəyi yaşayırdı daxilimdə… 
Kərbəla səfərinin yadda qalan məqamlarından biri İmam Hüseynin (ə) məzarını ziyarət etməyimiz oldu. İlahinin verdiyi yüksək iman eşqini bir daha sehrinə düşdük… Qiblə Qapısı adlanan yerlə üz-üzə böyük Məhəmməd Fizulinin məzarı yerləşir. Bütün zəvvarlar məzar ətrafına toplaşdılar. Şairin ruhuna dualar edildi və yaradıcılığı haqqında məlumat verildi.


Nəticə


Ziyarət bizdə böyük ruh yüksəkliyi və mənəvi saflaşma yaratdı. Mənə elə gəlirdi ki, qəlbində istək və məhəbbət olan hər bir müsəlman üçün bu məqamları ziyarət etmək çox vacib olduğu qədər də gərəklidir. 
“Haqqın yolu” firmasının əməkdaşları böyük bir missiyanı uğurla həyata keçirdi, bu şərəfli işdə onlara böyük uğurlar arzulayırıq. Arzu edirəm ki, Uca Yaradan arzusunda olan hər bir müsəlmana bu müqəddəs yerləri ziyarət etmək nəsib etsin. Amin!


Cəlil Süleymanov

URL / WWW
http://kelam.az/article/a-8074.html