Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » YANDIRIR
19.07.13 04:18


Hər sözü çətindir nitqə gətirmək,
Dilə ağrı verir, dodaq yandırır.
Baxmaq bir cür kədər, demək bir cür qəm,
Yaxın oda salır, uzaq yandırır.


Adam var kəlməsi güllədir, oxdur,
Adam var bir sözdə hikməti çoxdur.
Adam var şam qədər işığı yoxdur,
Adam var nəfəsi ocaq yandırır.

Çətindir qandırmaq sözü cahilə,
Nöqsanı həvəslə gətirir dilə.
Naşılar eliyir hücum aqilə,
Kökə gücü çatmır, budaq yandırır.

Söz var ox tək batır öz yiyəsinə,
Söz var ki, güc qatır nadan səsinə.
Söz var salır səni cazibəsinə,
Söz də var nifrəti qulaq yandırar.

Əziz Pünhan, çöndü dünyanın qəmi,
Haq sözü bürüyür bütün aləmi.
Haqqı tapdayanın yanar qədəmi,
Necə səhra qumu ayaq yandırır.

Əziz Pünhan
URL / WWW
http://kelam.az/article/a-8070.html