Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara Bəyanat ünvanladı
22.02.10 20:35

Bu gün Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar BMT-nin Baş katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xaricdəki, xarici ölkələrin ölkəmizdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına Bəyanat ünvanlayıb. Bəyanatda Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli nümunəsi olduğu bildirilir. “Xocalı soyqırımında adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərisə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulub”, - deyə bəyanatda vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-807.html