Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Can Azərbaycan
19.07.13 04:11


Sənindi yüksəliş, sənindi qüdrət,
Bu xalqdır qoynunda ən böyük nemət.
Amalın ülviyyət, yolun ülviyyət,
Sinəndə döyünür ürəktək zaman.
Ey mənim vüqarım, can Azərbaycan.


Qəlbinin sevdasın duyuram hərdən,
Eşqin baş qaldırır min illiklərdən.
Başında bir tac var aydın səhərdən,
Gözəllik taxtısan sənindi fərman.
Ey şanlı vətənim, can Azərbaycan.

Tarixdə çox gördün faciə, zillət,
Əyilmədi boynun, sınmadı qamət.
Bu gün zəfər çalıb tapdın səadət,
Etdin qüdrətivə dünyanı heyran.
Gücüm qüdrətimsən, can Azərbaycan.

İndi məhəbbətlə ürəyin inlər,
Torpağın küləyin eşqini dinlər.
Heydərlə başladı ən gözəl günlər,
Sənə könül verdi o ulu insan.
Dedi əbədisən, can Azərbaycan.

Əzəmət göyündə parlar ulduzun,
Halaldı süfrəndə çörəyin, duzun.
Sənin aşiqindir hər oğul, qızın,
Qoynunda yaşayır hamı firavan.
Cahu-calalımsan, can Azərbaycan.

Allah kəlamıdır qadir silahın,
Rəhbərin düşünür xalqın rifahın.
İlham  bu günündü, İlham sabahın,
Durmaz bu vüsətin önündə cahan.
Sənsən ilhamımız, can Azərbaycan.

Qurdu bu vətəni mehriban əllər,
Yaydı şöhrətini əzbərə dillər.
Bu xalqa vətənə bağlı könüllər,
Sən ucalıqdadır dedi Mehriban.
Qeyrətli qızın var, can Azərbaycan.

Mən Əziz Pünhanam sadiqəm sənə,
Bu qiymətli ömrü sən verdin mənə.
Hüsnünə yüz əsər yazaram yenə,
Hər şerim eləyir eşqimi elan.
Ömrüm həyatımsan, can Azərbaycan.


Əziz 
PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-8068.html