Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » PUTİN qeyri-rəsmi...
18.07.13 04:15

Avropanın  ən zəngin gizli varlılarından biridir. Britaniyanın "The Sunday Times" qəzeti  onun  varidatının həcmini  130 milyard dollar dəyərində qiymətləndirib.  Halbuki bu məbləğ rəsmi şəkildə dünyanın ən varlı vətəndaşı elan edilən Karlos Slimin sərvətindən 2 dəfə çoxdur. Söhbət bu günlərdə 30 illik həyat yoldaşından boşandığını elan edən, artıq 4-cü dəfədir dövlət başçısı kürsüsünə əyləşən  Rusiyanın 2-ci prezidenti Vladimir Putindən gedir.


Putin biznesmen kimi 

İddialara əsasən Rusiya prezidenti ölkədəki əksər şirkətlərin hissədarıdır. “Surqutneftqaz”ın səhmlərinin 37 faizi (bazar dəyəri 20 milyard dollar), “Qazprom”un səhmlərinin 4,5 faizi ona məxsusudur. Neft  ticarəti ilə məşğul olan “Guvnor” şirkətinin səhmlərinin 50 faizini Qennadi Timşenko vasitəsilə Putinin idarə etdiyi deyilir. Məlumat üçün bildirək ki, ötən il bu şirkətin dövriyyəsi 40 milyard dollar, gəliri 8 milyard dollar olub. Analitiklərə görə, təkcə “Surqutneftqaz” və “Qazprom”da sahib olduğu səhmlər prezidneti əlçatmaz oliqarx edir. Hər iki şirkətdə Putinin payı 32 milyard dollardır. O varidatı ilə Rusiyanın və  dünyanın ən varlı adamlarını geridə qoyur. Rusiyada nə qədər sayda şirkətin ona məxsusu olduğu bilinmir. Putin  həmin müəssisələri yaxın ailə izvləri (Mixail Putin, Mixayil Şelomov, Lüdmila Putina və qardaşı İqor daxildir) və dostları vasitəsilə idarə edir.
Məsələnin rəsmi tərəfinə gəlincə, gəlirlərinin deklorasiyasını verən Putin 2012-ci ildə gəlirinin 5.79 milyon rubl təşkil etdiyini bildirib. Onun xanımı Lüdmila Putinanın  isə gəliri 121 374 rubl olduğunu açıqlayıb.
 
Bahalı geyinən Putinin vaxtları varmış 

Putin xarizması ilə diqqət çəkən simalardandır. Xüsusilə onun kostyumları kimsənin diqqətindən yayına bilməz. Lakin maraqlıdır ki, Putin məhz Kremlə işləməyə gəldikdən sonra özünə əl gəzdirib. Peterburqda merin birinci müavini işlədiyi zamanlar nimdaş geyimlərindən hətta müdiri A.Sobçak da utanırmış. Yoldaşları o günləri belə xatırlayır: “Yaşıl rəngdə çirkli kostyum geyinirdi. Bir dəfə hətta Sobçak dözməyərək ona öz qalstuklarından birini hədiyyə etdi”. 
Bəs indinin prezident Putini necədir? Putin haqqında Rusiya mətbuatının admnistrasiyaya istinadən yazdıqlarına görə, o geyimlərini adətən özü alır. Qardrobunun ümumi nə az, nə çox dəyəri 500 min dollardr. Prezident  xüsusilə İtalyan firması olan “Brioni”yə, eləcə də “Fors” və “Kiton”a üstünlük verir. Onun “Brioni” və “Kiton”dan birdəfəlik işgüzar kostyum sifarişi 3000 dollar təşkil edir. Putinin bahalı franklarının, smokinqlərinin dəyəri də az deyil. 
Bukinhem sarayında Putin kraliça Yelizavetanın qarşısına 5000 dollarlıq frankla çıxmışdı. Prezidentin qardirobunda dəyəri 4 500 dollar olan smokinq də var.  Ən ucuz köynəyi isə 200-300 dollar, qalstuku 200 dollar, corabları 50 dollar, ayaqqabısı 1000 dollar, dəsmalı 60 dollar, paltosu 3000, ipək plaşı 3000 dollar, alyaska lələkli məşhur gödəkcəsi 2000 dollar  təşkil edir.
Ən nəhayət, qəhramanımız öz 30 dollarlıq darağı və 1500 dollarlıq "Parker" qələmi olmadan harasa getmir. Putin həmkarlarından fərqli olaraq sport üslubunda  geyimlərə üstünlük verir. Hətta  belə ictimaiyyət arasına çıxmaqdan da çəkinmir.

Kremldə solaxaylar üçün saat 

Prezident bahalı saatlara hobbisi ilə seçilir. İsveç saatlarına üstünlük verən Putin “Patek Fillip”dən 15 000 dollarlıq saat taxır. Bu arada Putin saatı sağ əlinə taxır. Bu adət artıq istehsalçıların da diqqətini çəkib. “Vostok” zavodu fürsəti əldən verməyərək solaxeylər üçün “Kreml” adlı saatlar istehsal edib. 
İlk istehsal məhsulu şəxsən Putinə gödərilib. Qalanları isə məmurlar tərəfindən satın alınıb. Hazırda Kremldə hamı sağ əlində saatla gəzir.

Putin niyə boşandı?

Rusiya prezideti Vladimir Putinlə birinci xanım Lyudmila Putina jurnalistlərə boşandılar. Bu hadisədən sonra Rusiya mətbuatı prezidentin bu qərarını müxtəlif istiqamətlərdə şərh  etdi. Sosiaoloqlar, politoloqlar hamısı yekdilliklə bildirdi ki, bu addım Putinin şəxsi və siyasi imicinə xələl gətirməyəcək. Bunun ardınca isə birinci xanımın mətbuatda bu günə kimi dərc edilən və edilməyən fotoları yayıldı. Modern.az Lyudmila Putinanın qısa tərcümeyi halını və fotolarını təqdim edir.

Lyudmila Aleksandrovna Putina kimdir? 

Lyudmila Aleksandrovna Putina 1958-ci ilə yanvarın 6-da Kalininqradda anadan olub. Filoloq ixtisası üzrə 1986-ci ildə Leninqrad Dövlət Universitetini bitirib.
1983-cü il, iyulun 28-də Vladimir Putinlə nikaha girib. 1986-1990-cı illərdə həyat yoldaşı ilə birgə Almaniyada yaşayıb.
1990-1994-cü illərdə Lelinqrad dövlət unuvesitetində Alman dili kafedrasında müəllimə işləyib. Almaniya və Rusiya arasında mədəniyyətlərarası mübadilənin inkişafına dəstək olub. Buna görə də 2002-ci ildə Alman dilinin təbliğinə görə “Jakob Qrimm” laureatı olub.
O, həmçinin,“Ruhaniyyət”in - Qırğısıstanın mənəviyyat dirçəlişi üzrə Beynəlxalq Assosiasiyasının laureatıdır. 2002-ci ildə Qırğızıstan-Rusiya mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
2005-ci ilin oktyabrında isə Avrasiya Universitetinin Fəxri professoru adını alıb. Enu (Astana) və "Qızıl Warrior" xatirə medalına layiq görülüb.
Lyudmila Putina müsahibələrində bildirib ki, teatr incəsənəti ilə maraqlanır, musiqini və romansı sevir. İdmana gəldidə isə  tennis və dağ xizəyi ilə məşğul olur.
Vladimir Putinlə nikahdan iki qızı var: Mariya (1985) və Katerina (1986).

Bu boşanma xarici nəşrlərin manşeti oldu

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin həyat yoldaşı Lüdmila ilə boşanması xəbəri Qərb mətbuatında geniş müzakirəyə səbəb oldu. Nəşrlər Putinin və həyat yoldaşının münasibətlərinin başa çatmasına müxtəlif şərhlər verib. Lakin hər biri nikahın dağılmasını analiz edərkən Putinin baş nazir olduğu vaxtlarda belə Lüdmilanın ərinin yanında nadir hallarda göründüyünü xüsusilə vurğulayıb.
Amerikanın "The New York Times" qəzeti Putinlərin boşanmasının dəqiqliklə hazırlandığını, ancaq yenə də qəribə olduğunu yazır. 
"The Washington Post" Rusiya liderinin boşanmasına daha tikanlı şərhlər verib.
Nüfuzlu "The Los Angeles Times" qəzeti Putinlərin boşanmasına daha tənqidi yanaşıb. Məqalənin müəllifinin fikrincə nikahın dağılmasında Rusiya prezidenti günahkardır. Jurnalist Putinin arvadı ilə həmişə kobud davrandığını yazıb. Müəllif sübut kimi 2002-ci ildə çap olunmuş “Vladimir Putin: Hakimiyyətə yol” kitabından nümunə gətirib. Lüdmila kitabın müəllifi ilə söhbətində həyat yoldaşı ilə münasibətlərində çoxsaylı incikliklər səsləndirib.
Britaniyanın "The Guardian" Vladimir Putinin boşanması səbəblərini göstərərkən Rusiya prezidentinin başqa qadınlarla əlaqəsini qeyd edib. Bunların arasında keçmiş gimnast Alina Kabayevanın adı daha çox hallanır.
"London Times" qəzeti Putinin həyat yoldaşından neçə illər bundan əvvəl ayrıldığını, Lyudmilanın artıq 3 ildir ki, nişan üzüyünü barmağından çıxartdığını yazıb.
Daha konservativ "Daily Mail" qəzeti boşanmanın Rusiya üçün adi hal olduğunu vurğulayıb. Qəzet Putinin başqa qadınlarla əlaqəsinə az toxunsa da, Rusiya liderinin ürəyinə namizədlər sırasında keçmiş agent və teleaparıcı Anna Çapmanın adını hallandırıb.
"Daily Telegraph" qəzeti prezidentin şəxsi həyatını analiz edərkən. Putinin vaxtının çoxunu Estoniya sərhədi yaxınlığında yerləşən 1 milyon funtluq iqamətgahında keçirdiyini yazıb. Bundan əlavə nəşr Putinin yeni daması qismində À. Kabayevanı gördüyünü bildirib. Müəllif bununla yanaşı Rusiya lideri ilə keçmiş gimnastın romanlarını və Kabayevanın Putindən uşaq dünyaya gətirdiyini təkzib etdiklərini qey edib.
“International Herald Tribune” isə Vladimir Putinin bu addımını Rusiyada son 3 əsrin hadisəsi kimi dəyərləndirib. Məqalədə yazılıb ki, Putin 1698-ci ildə həyat yoldaşından boşanan I Pyotrdan sonra Rusiyada bu addımı atan ilk dövlət başçısıdır.
Fransız nəşrləri "Le Monde" və "Le Figaro" Putinlərin boşanmasına son dərəcə təmkinlə yanaşıb. Qəzetlər "Ðîññèè-24"ün yayımı ilə kifayətlənərək, “Moskovskiy korrespondent” qəzetinin 2008-ci ildə Vladimir Putinlə A.Kabayevanın romanını yazdığı üçün 2008-ci ildə bağlandığını xatırlatmaqla kifayətləniblər.

Boşanmaya səbəb Alina Kabayevamı?

Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina rəsmən boşandıqları elan olunandan sonra gözlər Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva yönəlib. 
Qeyd edək ki, Rusiya prezidenti Putinlə Dövlət Dumasının deputatı, bədii gimnasitika üzrə dünya çempionu Alina Kabayeva barəsində dəfələrlə söz-söhbət yayılıb, onların sevgili olduqları qeyd edilib. Hətta tatar əsilli gimnast Alina Kabayevanın Putindən bir qız övladı dünyaya gətirdiyi bildirilir.
İddialara görə, Vladimir Putin Alina Kabayevanı qızı ilə birlikdə “Soçi iqamətgahı”nda yerləşdirib.
Vladimir Putinlə Lyudmila Putinanın boşandıqları elan olunan gündə Alina Kabayeva öz rəsmi “Tvvitter” səhifəsində "indi başlayacaqlar məni günahlandırmağa" deyə yazıb.
Qeyd edək ki, Qərb mətbuatı Putinin şəxsi həyatını hər zaman nəzarətdə saxlayıb. Hələ bu ilin yanvarında Amerikanın “New York Post” qəzeti Rusiya prezidentinin sevgilisi kimi təqdim olunan gimnastika üzrə Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Alina Kabayevadan ikinci övladının dünyaya gəlməsi barədə xəbər yaymışdı. Qəzet Alina Kabayevanın Putindən 3 yaşlı oğlunun olduğunu da yazaraq, onların Soçidə Qara dəniz sahilindəki villada yaşadıqları bildirilmişdi. Hətta 2011-ci ildə Putinin Kabayeva ilə birgə yaşadıqları həmin evin videosunu internetə yerləşdirmişdi.

Putin qadınların sevimli kişisi kimi 

Putin təkcə qaranlıq işlərlə bağlı deyil, sevgililəri ilə də gündəmdə olan siyasi xadimlərdəndir. Keçmiş həyat yoldaşı boşanmaların otraq razılaşma adlandırsa da, bunda V.Putinin xəyanətləri istisna təşkil etməyib. Rusiya prezidentinin şəxsi həyatının dövlət sirri kimi qorunmasına baxmayaraq, xarici mətbuat onun sevgililərini axtarmaqdan çəkinmir. Hətta V.Putinin rusiyalı idmançı Alina Kabayeva ilə evlənəcəyi versiyası irəli sürülür. Deyilir ki, Putin 2008-ci ildə arvadını məhz bu məqsədlə tərk edib. İddialara görə, Alinanın Putindən hətta bir oğlu və qızı var. Prezident onları  Soçidəki sarayında yerləşdirib. V.Putinin sevgi məcaraları bununla bitmir. Onun adı həmçinin gənc aktivist Yana Lapikova ilə də çəkilir. 2008-ci ildə keçirilmiş "Miss Moskva" müsabiqəsinin qalibi olan Yananın Putinlə sevgi məcarası uzun sürməyib. Putin sonradan bu gözəlçəni öz şəxsi fotoqrafı edib. Putinin Yananı həm xəbərçi kimi yanında saxladığı versiyası da var. İctimai xadim, ABŞ-da fəaliyyət göstərən gizli casus Anna Çapman da Putinin sevgili siyahısına daxildir. Britaniya jurnalistləri konkret onu Putinin sevgilisi adlandırırlar.

Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-8064.html