Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyədə erməni kilsələri yenidən qurulacaq
23.02.10 03:31

Türkiyədə bir vaxtlar fəaliyyətini dayandırmış erməni kilsələri yenidən qurulacaq. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, Van valiliyi erməni kilsələrinin bərpa olunması üzrə xüsusi proqram hazırlayıb. Proqrama əsasən Van gölündəki Çarpanak və Yuxarıbakraçalı kəndində olan erməni kilsələri təmir olunacaq. Van valisinin müavini Xəlil Berk Akdamar adasındakı erməni kilsəsinin muzeyə çevrilməsindən sonra ötən il Hoşap və Van qalalarında bərpa işləri aparıldığını, bu il də Çarpanak və Yuxarıbakraçalı kəndindəki kilsələrin təmir olunacağını bildirib. O, bərpa işləri ilə əlaqədar hazırda erməni kilsələrində lazer vasitəsilə fotoqrametrik qiymətləldirmə aparıldığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-806.html