Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həcc ziyarəti ilə bağlı xəbərdarlığa QMİ reaksiya verib
15.07.13 18:51

Səudiyyə Ərəbistanının Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə göndərdiyi xəbərdarlığa Qafqaz Müsəlmanları İdarəsi (QMİ) reaksiya verib. QMİ-nin sədr müavini hacı Fuad Nurullayev Modern.az-a açıqlamasında səhhətinə ciddi problemlər olan azərbaycanlı zəvvarların ziyarətə getməsinin məsləhət görülmədiyini bildirib.Hacı Fuad Nurullayevin sözlərinə görə, QMİ Səudiyyə Ərəbistanının xəbərdarlığına hər il riayət edir. İdarə rəsmisi həmçinin qeyd edib ki, əlil və fiziki xəstəliyi olan şəxslərin ziyarətə getməsində problem yoxdur. 

“O insanların ki, səhhətində problemlər var, onların uzaq yola getməyinə həkimlər icazə vermirsə, təbii ki, biz də bunu məsləhət görmürük. Heç olmasa bu insanlar özləri ilə yanaşı,  başqalarına da problemlər yaratmasınlar. Amma bəzi xəstə insanlar ziyarətə gedə bilərlər. Məsələn, insan var yeriyə bilmir, hətta onu arabalarda aparırlar. Belə insanların imkanları var getməyə. Bu il müqəddəs yerlərdə tikintilər getdiyindən bir çox ölkələrin kvotasında azalma baş verib. Səudiyyə Ərəbistanının rəhbərliyi hər il belə müraciətlər edir. Biz də çalışırıq ki, bu müraciətlərə bacardığımız qədər riayət edə bilək. Bunlar ciddi şəkildə diqqətdə saxlanılır”-deyə hacı Fuad Nurullayev vurğulayıb. Zəvvarların yaş məhdudiyyətinə gəlincə, QMİ-nin sədr müavini Azərbaycanda bunun hələlik nəzərdə tutulmadığını deyib: “Başqa ölkələrdə ziyarətə getmək üçün yaş həddi qoyulub. Amma bu, bizdə yoxdur. Bəzi ölkələrdə 65, 70 yaş hədd qoyulub. Biz isə çalışırıq ki, bacardığımız qədər insanları ziyarətə apara bilək. Ciddi xəstəliklər olan insanları ümumiyyətlə aparmaq sual altındadır ki, onlar yolda tələf ola bilərlər, digərləri üçün problemlər yarada bilərlər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq edərək yaşlı və xəstə insanların ziyarətə göndərilməməsini tələb edib. Nazirlik rəsmiləri həmçinin zəvvarlada son günlər Səudiyyə Ərəbistanında yayılan ölümcül “korona” virusundan qorunmağı tövsiyyə edib.

URL / WWW
http://kelam.az/article/a-8059.html