Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Şotlandiya çöllərində dünyanın ən qədim təqvimi kəşf edildi
15.07.13 18:18

Arxeoloqlar güman edirlər ki, onlar Aberdinşir çölündə dünyanın ən qədim ay təqvimi aşkar ediblər. “Crathes” qəsrində qazıntılar apararkən arxeoloqlar 12 çalaya rast gəliblər, bu çalalarda  Ay təqviminə malik 12 ayın əlamətləri sıralanıb.  Birminqem Universitetinin alimlərinin rəhbərlik etdiyi qazıntı komandası belə hesab edir ki, bu   təqvim təxminən 100000 il əvvəl ovçular tərəfindən yaradılıb. Warren  çölündə hələ 2004-cü ildə belə çalalar aşkar edilmişdi. Bu çalaları tədqiq edən ekspertlər deyib ki, ola bilsin çalalarda taxta dirək də olub.  
Yeni tapılmış “təqvim” hazırda işlətdiyimiz Mesapatomiyada yaranmış təqvimdən ən azı  minlərlə il qədimdir. 
Kəşf barədə məlumat İnternet Arxeologiya jurnalında çap edilib. Birminqem Universitetinin  Arxeologiya professoru Vince Gaffney belə deyib:  “Bu hadisə sübut edir ki, Şotlandiyada ovçu cəmiyyətləri olub və bu cəmiyyətlər ay ilinin fəsillərini dəqiqləşdirmək ehtiyacı duyublar. Bu təqvimlər Yaxın Şərqdə  məlum olan təqvimdən təxminən 5000 il əvvəl yaradılıb”. 

URL / WWW
http://kelam.az/article/a-8058.html