Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Saib Təbrizinin Azərbaycan dilindəki şeirlərinin surəti tapılıb
09.07.13 04:13

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu Berlində yaşayan soydaşımız M.Hüseyninin yardımı ilə XVIII əsrdə yaşamış böyük Azərbaycan şairi Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasında saxlanan külliyyatından onun Azərbaycan dilindəki şeirlərinin surətini əldə edib.
“Azadinform” AMEA-ya istinadən xəbər verir ki, gözəl nəstəliq xətti ilə köçürülmüş bu divanın əvvəlində Saibin Təbrizdə doğulub bu şəhərdə boya-başa çatması, sonra İsfahana köçməsi, 1677-ci ildə burada vəfat edərək Səadətabad məhəlləsində dəfn olunması və qəbri üzərində həkk olunub.  Həmçinin Saib şeirlərindən beytlər qeyd edillib. Burada həmçinin Saib Təbrizinin vəfatı ilə maddeyi-tarix yazmış Mir Vüqari və osmanlı şairi Nəhif əfəndinin şeirləri də köçürülüb. Bu qeydlər Saibin təbrizli deyil, isfahanlı olduğunu iddia edənlərə tutarlı cavabdır.
URL / WWW
http://kelam.az/article/a-8056.html