Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu il seçki ili olduğu üçün məscidlərdə çox ehtiyatlı olmaq lazımdır
09.07.13 04:02

 “Bu il seçki ili olduğu üçün məscidlərdə çox ehtiyatlı olmaq lazımdır. Xüsusilə siyasi şəxslərin məscidlərə müdaxiləsi qəti qadağandır”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı bu gün keçirdiyi tədbirdə bildirib. 
O qeyd edib ki, əgər hansısa məscid siyasi şəxslərin oradan seçki kampaniyası üçün istifadə etməsinə şərait yaradacaqsa, o məscid və onun axundu ciddi cəzalandırılacaq. Şeyx siyasi şəxslərin iftar verməsi məqsədilə məscidlərdə özləri üçün siyasi kampaniya yaratmasının da yolverilməz olduğunu bildirib: 
“Bəzən Ramazan aylarında məscidlərə iftar süfrəsi verməklə bağlı hansısa şəxslər tərəfindən müraciətlər olunur. Bəzən bu müraciət edənlərin məqsədləri heç də iftar süfrəsi təşkil etmək deyil. Bundan özlərinə divident qazanmaq üçün istifadə edirlər. Başqa təriqətləri, siyasi adamları ora yığıb hansısa təbliğatı aparmaq üçün istifadə edirlər. Ona görə də indən belə iftar süfrəsi verən adamların əvvəlcə siyahısı tərtib olunsun və bilinsin ki, bunlar kimlərdir. Əks halda, iftar kiminsə təbliğinə çevrilir. Xüsusilə bu il seçki ili olduğu üçün bu cür adamlardan ehtiyatlı olmaq lazımdır. Biz, əlbəttə, dindarların seçkidə iştirakına qarşı deyilik, lakin dinin seçki kampaniyasına qarışması yolverilməzdir. Bizdə din dövlətdən ayrıdır. Bizim işimiz ibadət etmək, dua eləməkdir”.
URL / WWW
http://kelam.az/article/a-8053.html