Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Bakıda nəqliyyat atmosfer havasına nə qədər zərər verir?
01.07.13 01:55

Müasir şəhərlərin ən mühüm ekoloji problemlərindən biri atmosferin nəqliyyat vasitələrindən atılan zərərli maddələrlə çirklənməsidir. Statistik məlumatlara əsasən, dünyanın müxtəlif şəhərlərində atmosferin çirklənməsinin 50 – 80%-i avtomobil nəqliyyatının payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində nəqliyyatdan atmosfer havasına atılan zərərli maddələrin miqdarı bütün zərərli maddələrin 70%-ni təşkil edir.
Mütəxəssislərin hesablamalarına görə il ərzində bütün dünyanın avtomobil parkı (təqribən 1 mlrd. ədəd) 2,1 mlrd. tona yaxın yanacaq işlədir. Bunun da nəticəsində atmosferə 700 mln. tona yaxın zərərli maddələr atılır. Bunların arasında dəm qazı (CO) – 420 mln. ton, karbohidrogenlər (CnHm) – 170 mln. ton, azot oksidləri (NOx) – 60 mln. ton, his 17 mln ton təşkil edir.
Avtomobillərdən atılmaların azaldılması məsələləri bir neçə  istiqamətdə həyata keçirilir:
- nisbətən  aşağı toksik səviyyəsinə  uyğun benzinin  modifikasiyalarının və süni  mühərrik yanacaqların yaradılması  (avro-1 , avro-2 və s. ) 
 - atılan  qazların  yanmasını  katalitik üsulu ilə başa  çatdırmaq   üçün  əlavə  yerləşdirilən qurğu.
Qeyd etmək lazımdır ki, yanacaqların yeni modifikasiyalarının yaradılması  böyük  maliyyə tələb  edir, əlavə  avadanlığın  quraşdırılması  isə avtomobilin  bahalaşmasına   gətirib çıxarır və  şəhər  şəraitində  o  qədər  də  effektiv  deyil. Çəkilən xərclərin böyük olduğunu nəzərə alaraq azalmaların optimal variantlarını tapmaq üçün atılan zərərli maddələrin inventarlaşdırılması ümdə məsələlərdən biridir.
Bu günə qədər Azərbaycanda avtomobillərdən atılmaların hesablanması üçün əsasən Rusiyada hazırlanmış metodikalardan, son zamanlar isə İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun metodikasından istifadə edilir. Bu metodikaların mənfi cəhətləri ondan ibarətdir ki, onlarda atılma əmsalları bütün mövcud nəqliyyat vasitələrinin müayinəsinin nəticələrinə əsaslanır. Dünya, o cümlədən Rusiya nəqliyyat vasitələrinə nəzər yetirdikdə görürük ki, orada istismar müddəti ötmüş nəqliyyat vasitələri üstünlük təşkil edir.
ARDNŞ-in nəqliyyat parkının ildən ilə yeniləşdiyi və həmin nəqliyyatdan atılmaların konsentrasiyalarının standartlara yaxın olması, şirkətin nəqliyyat vasitələri üçün yeni metodikanın işlənməsini zəruri etmişdir. Bununla əlaqədar ARDNŞ-nin Ekologiya İdarəsində ARDNŞ-in nəqliyyat və xüsusi texnikası üçün yeni əmsalların təyin edilməsi məqsədilə xüsusi metodikanın hazırlanması işləri aparılır. Belə bir metodikanın hazırlanmasına İdarədə yaradılmış maddi-texniki baza imkan verir. Hazırda bütün aidiyyəti ölçmə işləri aparılmış, lazımi məlumatlar müəssisələrdən alınmış, təhlil edilərək və metodikanın hazırlanmasına başlanıb.

“Ekoloji Tarazlığın Qorunması”  İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-8050.html