Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranın Rusiyadakı səfiri: “Ayrı evlərdə yaşayan iki qardaşıq”
29.06.13 04:00

“Azərbaycanla İran arasında münasibətlərin pisləşməsində xarici qüvvələrin müdaxiləsi rol oynamışdı. Amma hər iki tərəfin səyi nəticəsində bu kənar müdaxilənin qarşısı alındı və münasibətlər yaxşılaşmağa başladı”.  Modern.az bildirir ki, bu sözləri İranın Rusiyadakı səfiri Mahmud Rza Səccadi Azərbaycan diaspor nümayəndlərilə görüşündə iki ölkə arasında son aylarda müşahidə olunan soyuqluğu şərh edərkən bildirib. 
Səfir bundan sonra münasibətlərin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
“Azərbaycan və İran ümumi tarixi və dini köklərə malikdir. Əgər hətta onlar arasında fikir ayrılığı yaransa belə, bunu öz aralarında həll edirlər”-deyə Səccadi vurğulayıb.
Səfir İran və Azərbaycanı “iki qardaş” adlandırıb. “Biz ayrı evlərdə və ayrı ailələrdə yaşayan iki qardaşıq. Ölkə rəhbərlərimiz bir-birilərini çox yaxşı tanıyırlar. Bizim münasibətlər strateji xarakter daşıyır və günü-gündən yaxşılaşır”-deyən səfir vurğualyıb ki, son zamanlar hər iki ölkə başçısının siyasi iradəsi sayəsində əlaqələrdə xeyli inkişaf baş verib. 
URL / WWW
http://kelam.az/article/a-8048.html