Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mikayıl Cabbarov: Əgər biz keyfiyyətli təhsildən danışırıqsa riyakarlıqla məşğul olmamalıyıq
29.06.13 03:57

“Orta məktəblərdə qeyri-qanuni yığımlar aradan qaldırılır. Biz bu istiqamətdə sürətlə irəliləyəcəyik. Orta və internat məktəblərdə bu məsələ ilə bağlı ciddi sıxıntılarımız var. Digər ixtisaslaşmış kolleclərdə də qeyri-qanuni hallarla rastlaşmışıq.” “Azadinform” xəbər verir ki, bu barədə açıqlama ilə təhsil naziri Mikayıl Cabbarov çıxış edib. M.Cabbarov bildirib ki, daxil olan hər bir ərizə və müraciət araşdırılır: “Əgər bu vaxta qədər bu kimi məsələlərdə biz intizam tədbirləri ilə məhdudlaşırdıqsa, bundan sonra belə hallara görə, cinayət məsuliyyəti tətbiq olunacaq. Əgər biz keyfiyyətli təhsildən danışırıqsa riyakarlıqla məşğul olmamalıyıq.”  
Məktəblərdə könüllü fondlardan danışan M.Cabbarov  onların yalnız  mədəni tədbirlər keçirə biləcəyini istisna etməyib: “Heç bir şəkildə bundan bəhanə kimi istifadə olunmamalıdır. Biz bu məsələdə də tam şəffaflığın tərəfdarıyıq.” 
URL / WWW
http://kelam.az/article/a-8047.html