Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xamneyinin təmsilçisi: “Qarabağı qəsb edənləri dəstəkləmirik”
29.06.13 03:32

İranın dini lideri Əli Xamneyinin Təbriz təmsilçisi Müctəhid Şəbüstəri Azad Qarabağ Uğrunda Alyansın təmsilçiləri ilə görüşdə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının vacib olduğunu deyib.  “Media forum” saytının məlumatına görə, Şəbüstəri qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması tələbi İranın rəsmi mövqeyidir:  “İran Dağlıq Qarabağ müsəlmanlarına yardım etməyə hazırdır. Fələstin kimi Qarabağ da islam dünyası ərazisinin bir hissəsidir. Biz ayrılmaz müsəlman ərazilərinin zəbt olunması faktını utandırıcı hesab edirik”.
Şəbüstəri bütün islam dünyasında vətənpərvərlik ruhunun qalib gələcəyini vurğulayıb: “Təkcə dualar və yalvarışlar bəs etmir. Hərəkət etmək lazımdır. Vətənpərvərlik ruhu bütün islam dünyasında, əsasən də şiə ölkələri olan İran və Azərbaycanda  qalib gəlməlidir ki, islam bayrağı bütün dünyaya yayılsın. Məscidlərin dağıdıldığı Dağlıq Qarabağ müsəlman torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Qaydalara görə, İran müstəmləkəçiləri deyil, əzilənləri dəstəkləyir və bu məsələnin ədalətli həllinə kömək etməyə hazırdır. Biz Dağlıq Qarabağı qəsb edənləri dəstəkləmirik. Tiranları bütün dünya tanıyır. Biz Azərbaycan müsəlmanlarını dəstəkləyirik”.
Azad Qarabağ Uğrunda Alyans ötən il Bakıda təsis edilib. Alyansa qeyri-hökumət təşkilatları və ictimai xadim daxildir. Qurum Azərbaycan torpaqlarını erməni işğalından hərbi yolla azad edilməsinə tərəfdar olanları birləşdirir.
URL / WWW
http://kelam.az/article/a-8044.html