Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxs martın 2-də bəlli olacaq
20.02.10 04:58

Martın 2-də “Buta” sarayında “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti keçiriləcək. “Eurovision” üzrə Azərbaycanın musiqi əlaqələndiricisi Zəhra Bədəlbəyli KƏLAMİNFO-ya bildirib ki, finala vəsiqə qazanmış üç namizəd - Məryəm Şabanova, Səfurə Əlizadə və Milk&Kisses qrupu Azərbaycanı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaqlar. Onlar 5 əcnəbi bəstəkarın Kiyevdə yazdırdıqları mahnıları milli münsiflərin və tamaşaçıların qarşısında nümayiş etdirəcəklər. Həmin gün cari ilin mayında keçiriləcək “Eurovision-2010” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək musiqiçi və orada ifa oluncaq mahnı müəyyənləşdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-804.html