Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Aqrotərəqqi” İB İmişlidə kəndli-fermer təsərrüfat rəhbərlərinə təlim keçib
21.06.13 04:43

“Aqrotərəqqi” İctimai Birliyi İmişli rayonunun Sarxanlı kəndində kəndli-fermer təsərrüfat rəhbərlərinə təlim keçib.  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə təşkil olunan təlimdə 10-dan çox kəndli-fermer təsərrüfatı rəhbəri iştirak edib. Təlimdə çıxış edən layihənin eksperti Əli Hacıyev “Ölkəmizin ərzaq ehtiyatlarının təşkilində mühüm rol oynayan kəndli-fermer təsərrüfatlarının problemlərinin öyrənilməsi” mövzusunda məruzə edib. Ə.Hacıyev bildirib ki, hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin milli təhlükəsizliyi məsələsidir. Onun sözlərinə görə, kifayət qədər geniş və çoxtərəfli problemləri əhatə edən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi ərzaq təhlükəsizliyinin təminatıdır: “Müxtəlif ölkələrin tarixi göstərir ki, problemə etinasız münasibət dövlətin təməlini laxladan ictimai sarsıntılara gətirib çıxara bilər.
Azərbaycanda mövcud iqtisadi və ictimai-siyasi durum əsaslandığı platformadan asılı olmayaraq müharibə aparan ölkəmizin bütün vətənpərvər siyasi qüvvələri qarşısında bu problemi tam ciddiliyi ilə qoyur”.
Aqrar sahədə istifadə edilən mövcud texniki parkının yeniləşdirilməsi istiqamətində maarifləndirmə işlərindən danışan digər ekspert Adəm Abbaslı bildirib ki, kənd təsərrüfatı özünəməxsus bir sıra sosial-iqtisadi, təbii və texnoloji xarakterli xüsusiyyətləri ilə səciyyələnir. Belə ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsərrüfatında başlıca istehsal vasitəsi torpaqdır. Burada istehsal prosesi təbii amillərlə çulğaşır, onun nəticəsi torpaq-iqlim şəraitindən bilavasitə asılıdır. Bu xüsusiyyətləri nəzərə almadan kənd təsərrüfatı iqtisadiyyatını yüksəltmək, istehsalın artımını və səmərəliliyini təmin edən tədbirlər planı hazırlamaq və həyata keçirmək olmaz. 
Təlimdə həmçinin “Aqrotərəqqi” İctimai Birliyi tərəfində layihə başlayandan bu günədək hazırlanan və mətbuatda çap olunan 10-dan çox məqalə çoxaldılaraq kəndli-fermer təsərrüfat rəhbərlərinə paylanıb. 

URL / WWW
http://kelam.az/article/a-8036.html