Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qurban Pirimovun məşhur tarı və digər əşyaları barədə bilgilər əldə olunub
21.06.13 03:57

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi çərçivəsində müvafiq tədbirlərini davam etdirir. 
Layihənin yekunu olaraq hazırlanacaq “Qarabağ muzeyləri” ensiklopedik kitabının materiallarının toplanması üçün fondun əməkdaşları Nəzirməmməd Zöhrablı və Murad Həsənov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindəki eksponatlarla tanış olublar. Paytaxt Bakıda yerləşən bu muzeyə baş çəkməkdə məqsəd Azərbaycanın görkəmli sənətkarı, tarzən, mərhum Qurban Pirimov barədə bilgilərin əldə edilməsi olub.  Qeyd edək ki, Qurban Pirimovun xatirə muzeyi vaxtilə Ağdam rayonunun Gülablı kəndində 1991-ci ildə fəaliyyət göstərmiş, ermənilərin bu kəndi işğal etməsi nəticəsində vəhşicəsinə məhv edildiyindən SAMF Azərbaycan incəsənətinə xüsusi töhfələr bəxş etmiş sənətkarın Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub saxlanılan şəxsi əşyaları barədə məlumatları toplamağa məcbur olub. Əşyalar içərisində ən çox diqqəti çəkən sənətkarın Azərbaycan Musiqi Mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış tarıdır. Qurban Pirimovun məşhur tarı ilə yanaşı, solo konsertlərdəki çıxışlarının fotolarını, onun təsbehini, qəlyanını və s. əşyalarını böyük hörmətlə qoruyub saxlayan muzey əməkdaşlarına fondun xüsusi təşəkkürləri ifadə olunub.
Xatırladaq ki, layihə çərçivəsində axtarışlarını davam etdirirən SAMF Qarabağ muzeyləri barədə məlumatlı olan ölkə vətəndaşlarından bu layihəyə informasiya dəstəyi vermələrini xahiş edir.
URL / WWW
http://kelam.az/article/a-8035.html