Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mikayıl Cabbarov: Azərbaycan təhsil sisteminin parlaq gələcəyi olacaq
21.06.13 03:51

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) və ADU-nun Amerika mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan təhsil sistemində islahatların aparılması: problemlər və onların həlli yolları” mövzusunda Məzunların 2-ci Təhsil Forumu keçirilib.  ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tədbirdə Azərbaycan gəncləri, qeyri-hökumət təşkilatları (QHT), orta məktəb müəllimləri, valideynlər, nüfuzlu təhsil mütəxəssisləri və digər tədqiqatçıların toplaşdığını vurğulayıb.
Daha sonra çıxış edən Təhsil naziri Mikayıl Cabbarov söyləyib ki, təhsilin gələcəyi və inkişafında  hər hansı bir qurum, qeyri-hökumət təşkilatı, müxtəlif təhsil işçilərinin deyil, ümumilikdə hər bir vətəndaşın xidmətləri olmalıdır. O, təhsil istiqamətində maraqlı olan tərəflərin səylərini birləşdirdiyi təqdirdə, xaricdə təhsil almış gənclərin rəylərindən bəhrələndikdə Azərbaycan təhsil sisteminin parlaq gələcəyi olacağını bildirib.
Qeyd edək ki, Məzunların 2-ci Təhsil Forumunun əsas məqsədi məzunları, təhsil siyasətçilərini və tədqiqatla məşğul olan digər mütəxəssisləri bir araya gətirərək, Azərbaycandakı təhsil müəssisələrinin açıq şəkildə müzakirəsi təşkil etmək və gələcək təhsil siyasətinin planlaşdırılması üçün təkliflər və tövsiyələr paketini hazırlamaq, həmçinin Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Mərkəzi Bank, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi və digər müvafiq maraq göstərən qurumların diqqətinə çatdırmaqdır.
Forumun ikinci məqsədi isə müxtəlif təcrübə və səlahiyyətə malik olan təhsil mütəxəssislərini bir araya gətirməklə təhsildəki problem və çətinlikləri birgə müzakirə etmək üçün imkan yaratmaqdır.
URL / WWW
http://kelam.az/article/a-8033.html