Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Narkotik aludəçiləri niyə artır?
18.06.13 05:27


Ölkənin elə bir yeri yoxdur ki, orada narkomana rast gəlinməsin. Bu qədər narkotik maddələrin həbsi və ya kütləvi məhv olunduğu çox kiçik bir ölkədə, sərhədləri belə kəskin nəzarət altında olan Azərbaycanda narkotik aludəçiləri durmadan artır.




Görəsən onu niyə 
həbs etmirlər?

Narkotika aludəçilləri, çirkin işlərin satışı ilə məşğul olanlar demək olar ki, Azərbaycanın hər bir güşəsində, kənd və şəhərində, hətta kiçik qəsəbəsində belə mövcuddur. Belələrini tanımaq üçün xüsusi dindirmə mexanizminə ehtiyac da yoxdur, ilkin göstərici elə onların özüdür.
Geyimlərindən duruşuna, hətta yol getmələrinə qədər aludəçiləri öz kimlikləri haqqında məlumat yayırlar. Belə şəxsləri Azərbaycanın istənilən güşəsində görmək olar. Təbii ki, bizim bu baxışı kənar seyrimizlə bu ərazinin hüquq-mühafizə orqanlarının tanıması da fərq edən amillərdəndir. Əgər biz ilk baxışdan bu şəxslər haqqında diaqnoz qoya biliriksə yəqin ki, ərazini nəzarətdə saxlayan polisi öz ərazisinə aid (aid ona görə deyirik ki, bu hələ biznesçisi olan şəxs deyil) narkomanı daha yaxşı tanıyır. Narkoman uzaqdan kimliyini tanıdarkən adamda belə bir sual yaranır ki, görəsən onu niyə həbs etmirlər? Axı belələri cəmiyyət üçün pis təsir, ictimai xarakterli xəstə və ən əsası qadağan olunmuş işlərlə məşğul olan şəxsdir.  

Böyük biznes 
vasitəsi

Narkomaniya dünyada özü ilə heç bir rəqabət aparılmayacaq dərəcədə gəlir götürən böyük biznes vasitəsidir. Çox cüzi miqdarının gətirdiyi böyük pulların başqa gəlir vasitələrindən fərqi ondadır ki, onun aludəçiləri gün ərzində bir dəfə qida qəbul etdikləri halda, bir neçə dəfə narkotik maddə qəbul etməsələr yaşaya bilmirlər. Bunun üçün də bu kiçik maddə, öz aludəçilərini özünə elə bağlayır ki, onlar hansı vasitə ilə olursa olsun mütləq narkotikanı əldə etməlidirlər. Bunun üçün soyğunçuluğun, oğurluq, hətta adam öldürmək belə narkomanı qorxuzmur. Çünkü o “keyf” vəziyyətində olduğundan öz əməllərinə cavabdehlik daşımır. O kimi isə hədələyərkən marağında yalnız tez bir zaman əldə edəcəyi narkotikadan başqa bir şey olmadığı üçün bunu üçün hər bir addımı atmağa hazırdır. Belə aludəçilik qəti mütilik yaradır ki, bu da narkotikanı böyük gəlir mərkəzinə çevirir. Təbii ki, belə olan halda narkotika aludəçisi bu vasitəni əldə etmək məcburiyyətindədir. Bunun üçün onun Kolumbiya və ya Kombiçiyaya getmə imkanı da yoxdur. Bu baxımdan bu istəklər daxili imkanlar hesabına gerçəkləşməsi məcburiyyətini ortaya qoyur. Elə problemin başlanğıcı da buradan meydana gəlir. 

Narkotika – 
şüura təsir göstərən maddə

Narkotika şüura təsir göstərən maddədir ki, buna görə də insanda aludəçilik yaradır. Lakin bu aludəçilik heç də həll olmayan problem deyil. Çox zaman məcburi həbsə məruz qalan aludəçilər ilk həbsxana həyatında narkotik maddələr üçün lazım olan məbləği əldə edə bilmədikləri (Bu elə bir fikir yaratmasın ki, həbsxanada narkotik maddə əldə etmək olmur. Hətta həbsxana işçiləri bu istiqamətdə elə fəallıq nümayiş etdirir ki, heç bir narkoman bu maddənin axtarışında kənar ünvana müraciət etməsin) üçün həbsdə olduqları müddətdə narkotikanı tərgizirlər. Əlbəttə, insan özünə gələcək hər hansı bir iş üçün ümid verərək dözüm nümayiş etdirə bilər, lakin bu bir həqiqətdir ki, bir neçə il aludəçi insan narkotikadan kənar qala bilirsə və ya bunu əldə edə bilməməzliyi onun şüurunda narkotikadan uzaq qalma siqnalı ilə onu susdurursa, demək cəmiyyətə döndüyü zamanda da mövcud şərait yaranarsa bu onun yenidən narkotik düşgünü olma ehtimalını sıfıra bərabər edər. Şüura görə düşgün olan şüura görə də bundan çəkinə bilər. Hər bir insan boşluğundan ona bu boşluğu dolduracaq rahat ünvanın sadə yoluna tərəf üz tutmaq kimi istəklərini narkomanlar yenidən narkotikaya tərəf istiqamət almaları ilə nəticələnir. 
Qeyd edək ki, bu yazı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb. 


Amid İspəndərov
“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi


URL / WWW
http://kelam.az/article/a-8031.html