Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bütün Qafqazın Şeyxi Səudiyyə Ərəbistanı Kralına təşəkkür edib
14.06.13 22:21

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Musəid ibn İbrahim əs-Süleymi qəbul edib. Şeyxülislam ona bu yeni işində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin qədim tarixə malik olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Şeyxülislam Allahşükür Paşazadə İslamın müqəddəs məkanlarına ziyarətlər zamanı Azərbaycanlı zəvvarlara yaradılan şəraitə görə Krallığın rəhbərliyinə minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Musəid ibn İbrahim əs-Süleym İslam ölkəsi olan Azərbaycanda çalışmaqdan qürur duyuğunu diqqətə çatdırıb, iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi üçün səfir kimi əlindən gələni əsirgəməyəcəyini bildirib.
Azərbaycanın İslam aləmindəki mühüm mövqeyindən danışan səfir Şeyxülislam Allahşükür Paşazadənin dünyada nüfuzlu dini lider kimi tanındığını qeyd edib. İslamın təbliği və tərəqqisində göstərdiyi xidmətlərinə görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. 
Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.

URL / WWW
http://kelam.az/article/a-8026.html