Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov: Redaksiyalarda hansı jurnalistlərə ev verilməsi ilə bağlı iclaslar yekunlaşıb
12.06.13 04:37

“Tam olaraq redaksiyalarda hansı jurnalistlərə ev verilməsi ilə bağlı iclaslar demək olar ki, yekunlaşıb. Və biz artıq onların sənədlərini toplayıb Mətbuat Şurasına gətirib vermələrini gözləyirik”.  Bu sözləri Modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, artıq redaskiyalar sənədlərini Mətbuta Şurasına təqdim etməyə başlayıblar. “Hər gün redaksiyalardan bizə sənədlər daxil olur. Bu günə qədər 30-a yaxın redaksiyadan sənədlər verilib. Bütün bu sənədlər verilib yekunlaşdıqdan sonra onlara yenidən baxılacaq, araşdırma aparılacaq və nəticələr ümumiləşdirilərək Prezident Administrasiyasına göndəriləcək”.   
Ə.Amaşov iş prosesində həyatlarını itirmiş jurnalistlərin ailələrinə ev verilməsi məsələsinə də münasibət bildirib. 
“Hələlik bu barədə bir söz deyilməyib və müzakirə edilməyib. İndi yaşayan və hal-hazırda fəaliyyət göstərən jurnalistlərə evlərin verilməsi məsələsi gündəmdədir”.  
URL / WWW
http://kelam.az/article/a-8022.html