Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Londonda rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib
19.02.10 22:58

Londonun nüfuzlu Sothebys qalereyasında Buta festivalının təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyin dəstəyi ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. “Görünməmiş Salahov” adlanan sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş etdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirliyin mətbuat xidmətindən veriblər. Açılış mərasimində Londonda akkreditə olunmuş səfirlər, diplomatik korpusun üzvləri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk və rus icmalarının nümayəndələri, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Buta festivalının Baş direktoru Nəsib Piriyev açıb. O, tanınmış rəssamın həyat və yaradıcılığı haqda iştirakçılara məlumat verib. Sothebys qalereyasının direktoru Lord Poltimor məşhur rəssamın əsərlərinin Londonda nümayiş olunmasından məmnunluğunu bildiriblər. Sərgidə çıxış edən səfir Fəxrəddin Qurbanov tanınmış rəssamın əsərlərindən ibarət sərginin Britaniyada təşkil olunmasını mühüm hadisə kimi qiymətləndirib, mədəniyyətin xalqlar arasında körpü rolunu oynadığını qeyd edib. Qeyd edək ki, sərgi fevralın 25-ə kimi ictimaiyyət üçün açıq olacaq.
URL / WWW
http://kelam.az/article/a-802.html