Məlumatlara görə, faktiki olaraq yerli müsəlmanların əksəriyyəti GMİ ətrafında cəmləşib. QMİ-nin nümayəndəliyinin nüfuz dairəsi isə yalnız azərbaycanlıların yaşadığı bölgənin cüzi hissəsini əhatə edir.
Məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq QMİ-nin mətbuat xidmətindən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsi regionda - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya Federasiyasının Şimali Qafqaz ərazisində yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, islam dini ali mərkəzidir.
“Qafqaz bölgəsi dövləti olan Gürcüstanda QMİ-nin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. QMİ-nin Gürcüstan nümayəndəliyi Gürcüstan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. “Dini etiqad azadlığı” haqqında qanuna son dəyişikliklərə əsasən, ehtiyac olduğu hallarda xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi məqsədilə QMİ-nin xarici ölkələrdə nümayəndəliklərinin yaradılması nəzərdə tutulub. İdarənin artıq İstanbul, Moskva, Dərbənd və Şimali Qafqazda nümayəndəlikləri yaradılıb və rəsmən fəaliyyət göstərir. Bu yaxınlarda Ukraynanın Xarkov şəhərində də nümayəndəliyin yaradılması üzərində iş gedir”, - deyə mətbuat xidmətindən bildirilib.
QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyevdir.