Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 1 ilinə həsr olunan tədbir keçirildi
20.02.10 03:58

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 1, qurumun mətbu orqanı olan “Poliqlot” qəzetinin isə 10 illiyinə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov bildirdi ki, bir il öncə rəhbərlik etdiyi təhsil ocağının İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, 10 il əvvəl isə “Bilik” qəzetinin bağlanmasından sonra “Poliqlot” qəzeti fəaliyyətə başlayıb. ADU-nun keçdiyi yola nəzər salan S.Seyidov qeyd edib ki, ümummilli lider Heydər Əliyev və hazırki prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ADU Azərbaycanı dünyaya, dünyanın isə Azərbaycana gətirilməsinə çalışıb. Hazırda ADU-nun 3 korpusunun fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Seyidov universitetdə 5 mindən çox tələbənin təhsil aldığını vurğulayıb. O, Azərbaycanda bir sıra xarici dillərin də tədris olunduğunu qeyd edib. Qeyd edək ki, tədbirdə millət vəkili Asim Mollazadə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov, Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva iştirak edib. Sonda Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbu orqanlara ADU ilə yaxından əməkdaşlıq etdikləri üçün Təşəkkür məktubu və hədiyyələr təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-801.html