Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Binəqədidə 30-dək şagird antinarkomaniya tədbirlərinə qatılıb
11.05.13 19:49

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə həyata keçirdiyi “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində Binəqədi qəsəbəsində çöl tədqiqatları həyata keçirib. Bu barədə məlumatı  “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyindən veriblər. 

Binəqədi qəsəbəsi 182 saylı orta məktəbin ətrafında aparılan çöl tədqiqatlarında əsasən məktəblilər – 30-dək şagird iştirak edib. Şagirdlərə layihənin məqsədi barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi Bakı şəhəri və rayonlarında gənclər arasında narkomaniya ilə bağlı vəziyyəti öyrənmək, onun mənfi fəsadlarını izah etmək və cəmiyyətin maarifləndirilməsinə çalışmaqdır. Eyni zamanda müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə narkotikaya aludəçiliyi aradan qaldırmağa yardımçı olmaqdır.  

URL / WWW
http://kelam.az/article/a-8009.html