Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Gəncləri narkoaludəçilikdən necə uzaqlaşdıraq?
02.06.13 19:24

Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.

 


Məktəblər diqqətdə olmalıdır

 

Azərbaycanda yeniyetmə və gənclərin əksəriyyəti məktəblərdə cəmlənib və ona görə də məktəbləri, ali təhsil ocaqlarını icma kimi götürmək lazımdır. Həmin təhsil ocaqlarında müvafiq tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə işinin qurulması, orada zərərli vərdişlərə qarşı  müəyyən tədbirlərin görülməsi, həmin təhsil ocaqlarında valideynlər, ailələrlə işin qurulması daha məqsədəuyğundur. Eyni zamanda məktəbdən kənarda olan gənclər və yeniyetmələri də diqqətdən kənarda qoymamaq və bu istiqamətdə istər beynəlxalq təşkilatlar, istərsə də yerli qeyri-hökumət təşkilatları ilə birlikdə fəaliyyət göstərmək lazımdır.

Narkotik vasitələrin istifadəsi ilə əlaqədar maarifləndirmə işinin artırılmasına baxmayaraq bu sahədə çatışmazlıqların mövcudluğu meydana çıxır. Narkotik vasitələr və prekursorlar barədə geniş təbliğat işinin aparılmasının vaxtı çoxdan çatıb. Təbliğatın kütləvi aksiyalarla aparılması, orta və ali təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, kütləvi informasiya vasitələrində geniş informasiyaların verilməsi, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi, narkomaniyaya qurşanmış şəxslərin adlarının geniş ictimaiyyətə açıqlanması, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən internet saytların yaradılması və bütün saytlarda bu barədə məlumatların verilməsi, kütləvi şəkildə antinarkotik proqramlarına qoşulmaq narkomaniya ilə bağlı müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb ola bilər.

Azərbaycanda narkomanların 30-35 faizi tələləbələrdir: Heroin istifadəçilərinin əksəriyyəti iri şəhərlərdə və Lənkəran rayonunda cəmlənib. Gənc qadınlar arasında narkotiklərdən istifadə artır. Azərbaycanda hər 7-ci cinayət narkotiklərlə bağlıdır. 

 

Hansı narkotiklərdən istifadə edirlər...

 

Azərbaycanda daha çox hansı narkotiklərdən istifadə məsələsi də diqqəti cəlb edir. Azərbaycanda bu sahədə olan vəziyyət ümumdünya səviyyəsində olan göstəricilərlə üst-üstə düşür. Yəni daha çox həşiş və marixuanadan istifadə edilir. İlk narkotik maddə kimi 95 faiz hallarda məhz həmin narkotiklərdən istifadə olunur. Vaxt keçdikdən sonra xəstələrin əksəriyyəti daha ağır narkotiklərdən istifadəyə aludə olurlar. İkinci yerdə isə Əfqanıstandan qaçaqmal yolu ilə gətirilən heroin narkotik maddəsi durur.

Narkotiklərlə mübarizə sahəsində aparılan təhlillər göstərir ki, respublikamızda əsasən yabanı halda bitən və qanunsuz halda becərilən çətənə kolundan istifadə edilir. Narkotik maddələr sırasında olan digər maddələr, o cümlədən heroin, həşiş, tiryək respublika ərazisinə qonşu dövlətlərin ərazisindən daxil olur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20%-nin işğal altında olması və bununla əlaqədar olaraq respublika sərhədlərinin müəyyən hissəsinin nəzarətdən kənarda qalması narkotik maddələrin və prekursorların Azərbaycan Respublikasının ərazisindən tranzit kimi keçirilməsinə şərait yaradır. İşğal altında olan Dağlıq Qarabağ ərazisində mənfur ermənilər tərəfindən narkotik bitkilərin becərilməsi hallarının gün-gündən artması hər birimizi narahat etməli və buna qarşı diqqəti artırmalıyıq. Yadda saxlamalıyıq ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu cür hallar ölkəmizin beynəlxalq imicinə zərər gətirir. 

 

Hansı daha təhlükəlidir?


Narkomaniya AİDS-dən də ciddi problemdir və HİV-infeksiyanın inyeksiya vasitəsilə yayılması ona daha böyük impuls verir. Qaçılmazdır ki, bəzi insanlar üçün narkotiklər həyatın sosial-iqtisadi şəraitinə uyğunlaşmaqda bəlkə də yeganə imkandır. Narkotik istifadəçilərini həyat şəraitlərini yaxşılaşdırmadan narkotiklərdən imtina etdirmək heç bir ölkədə həll olunacaq vəzifə deyil. İnyeksiya vasitəsilə HİV-in yayılması kontekstində yalnız HİV-ə yoluxma riskinin azaldılmasına nail olmaq mümkündür.       

Dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin yabanı halda bitən bitkilərin fərqinə varmaması, bəzən onlardan məişətdə istifadə etməsi bir çox fəsadlara gətirib çıxarır. Belə halların baş verməsi əhali arasında narkomaniya ilə bağlı maarifçiliyin zəif olmasından irəli gəlir.

 

 “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi

 

URL / WWW
http://kelam.az/article/a-8008.html