Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şagirdlər ətraf mühitin yaxşılaşdırılmasına töhfə olaraq təmizlik işləri həyata keçiriblər
02.06.13 18:18

“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Ətraf mühitin mühafizəsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu 182 saylı orta məktəbdə “Ekoloji dərs” saatı təşkil edib.  Dərsdə çıxış edən layihə rəhbəri Etiram Kərimov son illər planetimizi narahat edən problemlərdən birinin də dünyada ekoloji gərginliyin artması və ekoloji tarazlığın pozulması olduğunu bildirib. 
E.Kərimov həyata keçirilən layihənin məqsədinin də elə məhz ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilən Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri mətbuatda təbliğ etmək layihənin əsas vəzifələrindən olub.
182 saylı orta məktəbin direktor müavini Qoşqar Hümbətov ekoloji maarifçiliyin təbliğinin davamlılığında mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib: “Çünki, ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Bunun üçün də maarifçilik işini genişləndirməklə həm əhalinin sağlamlığının qaydına qala, həm də ekoloji problemlərin qismən də olsa aradan qaldırılmasına nail ola bilərik”.    
Ekspert Azər Nuriyev respublikamızda 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən tövsiyə edilən ekoloji siyasətə dair ilk sənəd kimi “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”ndan danışıb. A.Nuriyev bildirib ki, bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. O, jurnalistləri bu mövzuya müraciət edərkən bu kimi sənədlərə istinad etmələrinin əhəmiyyətindən danışıb.
“Ekoloji dərs” saatının sonunda şagirdlər məktəb ətrafında ətraf mühitin yaxşılaşdırılmasına töhfə olaraq təmizlik işləri həyata keçiriblər.  

URL / WWW
http://kelam.az/article/a-8007.html