Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Erməni yazıçı Əkrəm Əylisini müdafiə etdi
29.05.13 23:24

Tanınmış erməni yazıçı, “Kirvə” əsəri ilə Ermənistanda böyük qalmaqal yaradan Levon Cavaxyan azərbaycanlı həmkarı Əkrəm Əylisinin müdafiə edib. Gürcüstanda azərbaycanlılarla görüşdə çıxış edən Levon Cavaxyan Əkrəm Əylislinin humanist yazıçı olduğunu bildirib. “Biz hamımız təbliğatın qurbanlarıyıq. Mənim “Kirvə” hekayəm Bakı Tolerantlıq Mərkəzinin mükafatını alanda ermənilər məni xeyli tənqid etdilər. Halbuki mənim hekayəm bir erməni və azərbaycanlının dostluğu haqqında idi. Erməni jurnalist dünyası müsbət erməni obrazını qəbul edir, amma müsbət azərbaycanlı obrazını şübhə altına alır. 
Hərbi düşmənçilik bax buna gətirib çıxarır. Hətta ziyalıların təfəkkürü bulanıqdır. Günlərin bir günü “pis azərbaycanlılar” arasında Əkrəm Əylisli peyda olur ya da özünkülər arasında “pis”.
Azərbaycanın ictimai dairələrində Əkrəm Əylislinin “özfəaliyyəti” çox pis qarşılanır. Yalnız əsl humanist həqiqəti deyə bilərdi. Bu adam artıq Rubikonu keçib. İndi növbə bizimdir”-deyə L.Cavaxyan vurğulayıb.
Erməni yazar daha sonra azərbaycanlı zabit Ramil Səfərovdan danışıb. O bildirib ki əsl qurban erməni zabiti deyil, Ramil Səfərovdur.
URL / WWW
http://kelam.az/article/a-8004.html