Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
20.02.10 03:57

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum aktının tətbiqi ilə əlaqədar “Qiymətli metallar və qiymətli daşlar haqqında”, həmçinin “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunlara redaktə xarakterli dəyişikliklər təklif olunur. Onun sözlərinə görə, “AR Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə və Meşə Məcəlləsində isə dəqiqləşdirmə aparılması ilə əlaqədar dəyişikliklər edilməlidir. Deputatlar bu dəyişikliklərin qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Sonra V.Ələsgərov gündəlikdəki digər məsələ - “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, 49 ölkə bu Konvensiyaya qoşulub. Müzakirələr zamanı deputatlar sənədin əhəmiyyətindən danışıb, onun ətraf mühitin qorunmasındakı rolunu xüsusi qeyd ediblər. Mütəxəssislərin və müvafiq qurumların nümayəndələrinin fikirləri dinlənildikdən sonra hər üç məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib. İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2009-cu ildə gördüyü işlər barədə də məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-800.html