Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Akademik Teymur Bünyadov:
19.10.09 14:58

Qazi Hacı Mirəziz Seyidzadəni 10 ilə yaxındır ki, tanıyır, dostluq edirik. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə  tərəfindən yaradılmış Elmi-Dini Şuranın üzvüyük. Onun bu mötəbər məclisdə iştirakı və xidməti qiptəyə layiqdir. Dost mehribanım Mirəziz hər şeydən əvvəl gözəl insandır. Mehribanlığı, sadəliyi və səmimiliyi ilə seçilən gözəl alimdir. Hacı Mirəziz qardaşımız gözəl insanlığı, ziyalılığı ilə yanaşı həm də görkəmli din xadimidir. Onun dinimizin saflığı, inkişafı, təbliği sahəsindəki xidmətləri diqqətə layiqdir. Bu sahəyə xidmət edən əsərləri dərin məzmunluğu, qayəsi və siqləti ilə diqqəti çəkir. Onun dini təhsilimizlə bağlı gördüyü işlər xüsusi qeyd edilməlidir. O, görkəmli alimdir. Onun bu yaxınlarda elmlər doktoru olmasına tam əminik.
Hacı Mirəziz Seyidzadəni şair təbiətlidir, desəm azdır. O, sözün əsl mənasında şairdir, söz sərrafıdır, qoşandır, misralara düzəndir. Din xadimliyi, alimliyi ilə yanaşı, şairliyi də maraq doğurur. Onun Əziz Pünhan təxəllüsü ilə bu yaxınlarda nəşr edilmiş “Divan”ı başdan-başa eşqdir, sevgidir, məhəbbətdir, Vətən sevənlikdir, el skvənlikdir, hikmət dünyasıdır.
Hacı Mirəziz həm də ictimai xadimdir. Onun televiziya və mətbuat səhifələrində çıxışlarını dinləyəndə,  mütaliyə  edəndə nə qədər vətənpərvər olduğunu müşahidə edirik.  
Əziz Mirəzizimiz, dost mehribanımız altımışı haqladı, yetmişə boylandı, səksəni, doxsanı keç yüzə çat görüm. Sənə yeni-yeni uğurlar, qələbələr əzizim. Möhkəm can sağlığı, uzun ömür yaşa. Arzuların, diləklərin üzünə gülsün, səadətlə qabaq-qənşər gəlsin.
URL / WWW
http://kelam.az/article/a-8.html