Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya gedir
23.05.13 23:19

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya gedir. QMİ-dən APA-ya verilən məlumata görə, mayın 25-də başlanacaq səfərdə Şeyx əvvəlcə Qroznıda Çeçenistanın ilk prezidenti Ahmat Kadırovun xatirəsinə həsr olunmuş “İslam sülh və quruculuq dinidir” adlı Beşinci Yubiley Beynəlxalq Xeyriyyə Forumunda iştirak edəcək. Forum başa çatdıqdan sonra, mayın 27-də Pyatiqorskda “Moskva Ruhanilər Bəyannaməsi əsasında islam, cəmiyyət, dövlət” adlı Beynəlxalq Teoloji Konfrans açılacaq və Şeyx burada iştirak edəcək. Konfrans Rusiya İslam Razılığı Assosiasiyası (RİRA) tərəfindən keçirilir.
Şimali-Qafqaz Federasl Dairəsinin paytaxtında keçiriləcək görüşdə isə şəriət qanunlarının və dünyəvi qanunların, razılaşmaların rolunun müasir anlayışı və onların qarşılıqlı əlaqəsi üzrə analiz üzrə məsələlər müzakirə olunacaq, Rusiya müsəlman xalqlarının mədəniyyətinin ümumrusiya mədəniyyətinə inteqrasiyası məsələsinə toxunulacaq. Şeyxin səfər çərçivəsində Rusiyanın bir sıra dini və siyasi rəsmiləri ilə görüşü də gözlənilir. 
URL / WWW
http://kelam.az/article/a-7991.html