Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib
23.05.13 20:56

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin 100 illiyi münasibətilə tədbir keçirilib.
ADU-dan verilən məlumata görə, tədbirdə bildirilib ki, Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.
Qeyd olunub ki, N. Rəfibəylinin yaradıcılığında təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları, müharibə və müharibə əleyhinə mövzulara da toxunulub.
Tədbirdə N. Rəfibəylinin həyat və yaradıcılığının müxtəlif dövrlərini özündə əks etdirən slayd və ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tələbələrin ifasında N. Rəfibəylinin dillər əzbəri olan “Ala gözlüm“, “Aman ayrılıq”, “Dağları duman alanda“ kimi şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.
Xatırladaq ki, ölkə başçısı Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
URL / WWW
http://kelam.az/article/a-7990.html