Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-da “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda görüş keçirildi
19.02.10 03:27

Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüş keçirilib. KƏLAMİNFO xəbər verir “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda reallaşan görüşdə çıxış edən R.Kobia siyasi, iqtisadi, mədəni, enerji və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunub. Səfir AB-nin Azərbaycanda 1993-cü ildən bəri həyata keçirdiyi humanitar layihələrdən bəhs edib. Bildirib ki, 2003-cü ildən Azərbaycanla Avropa Qonşuluq Siyasəti həyata keçirilir. Azərbaycanla AB-in gələcək əməkdaşlığına müsbət baxan R.Kobia əlavə edib ki, AB-nin məqsədi siyasi, iqtisadi inteqrasiyanı sürətləndirməkdir. Görüşdə R.Kobia “Şərq tərəfdaşlığı” proqramı, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq məsələlərinə toxunaraq qeyd edib ki, sözügedən proqramlar çərçivəsində ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mümkündür. Səfir enerji təhlükəsizliyi və AB-nin Cənub dəhlizinə münasibətini də açıqlayıb. Onun sözlərinə görə, Cənub dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsi və bu yolla Avropanın enerji asılılığını azaldılması məqsədi güdür. O, çıxışında demokratik dəyərlər, hüquqi normalar və yaxşı idarəetmə, insan hüquqları, bazar iqtisadiyyatı və davamlı inkişafdan da bəhs edib.
URL / WWW
http://kelam.az/article/a-799.html