Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rəhimə Dadaşova: Molların attestasiyası hər zaman gedir, bu mütəmadi prosesdir
23.05.13 18:26

“Molların attestasiyası hər zaman gedir, bu mütəmadi prosesdir. İl ərzində ya idarənin özündə, yəni mərkəzləşdirilmiş şəkildə və yaxud yerlərdə səyyar şəkildə vaxtaşırı mollaların attestasiyası həyata keçirilir”. Bu sözləri Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O, qeyd edib ki, ümumən attestasiyaların nəticələri barədə ilin sonunda məlumat veriləcək. “Attestasiya prosesi elə prosesdir ki, orada iştirak edənlərin bəzilərinə bir daha şans verilir, sonra onların bilik səviyyələri dəyərləndirilir və təyinatlar olur. 
Bu proses bir gündə yekunlaşmadığı üçün qərara gəlmişik ki, hesabat formasında hər ilin sonunda nə qədər mollanın attestasiyadan keçdiyini və cavabların nəticələri və təyinatları haqqında ümumi məlumat verək. Hər dəfə bu barədə əlavə məlumat vermirik. Lakin attestasiya prosesi davam edir”, – deyə Rəhimə Dadaşova vurğulayıb
URL / WWW
http://kelam.az/article/a-7989.html