Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Xomeyninin qızı Rəfsəncaninin prezident seçkilərində iştirakına icazə verməyi xahiş edib
23.05.13 17:52

Ayətullah Xomeyninin qızı Zəhra Xomeyni İranda prezident seçkilərində iştirakdan kənarlaşdırılan Əli Əkbər Haşimi Rəfsəncaninin müdafiəsi ilə bağlı məktub dərc edib. Bu barədə Trend İran KİV-ə isitnadən məlumat verir. Keşikçilər Şurasının Rəfsəncanini prezident seçkilərində iştiraka buraxmamaq barədə qərarından sonra Xomeyninin qızı açıq məktubla İranın Ali Lideri Ayətullah Əli Xamneyiyə müraciət edib: "Ayətullah Xomeyninin fikrincə, səlahiyyətli lider olmaq üçün Rəfsəncani bütün keyfiyyətlərə malik idi".
O, Ali Dini Liderdən bu məsələni öyrənməyi və Rəfsəncaninin prezident seçkilərində iştirakına icazə verməyi xahiş edib.

Zəhra Xomeyni Rəfsəncaninin Xomeyniyə yaxın insan olduğunu və o dövrdə Xomeyniyə idarəetmə işlərində kömək etdiyini deyib. O, həmçinin məktubunda Rəfsəncaninin İslam İnqilabında mühüm rol oynadığını qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-7988.html