Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İranın vitse-prezidenti: Heç bir dövlət İran-Azərbaycan münasibətlərinin inkişafına mane ola bilməz
20.05.13 16:17

“Heç bir dövlət İran-Azərbaycan münasibətlərinin inkişafına mane ola bilməz. İran hər bir məsələdə Azərbaycana öz dəstəyini göstərməyə hazırdır”. Bunu ANS-ə eksklüziv açıqlamasında İran İslam Respublikasının vitse-prezidenti Seyid Məhəmməd Reza Mirtacuddini deyib. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin yaxşı olduğunu deyən Mirtacuddini bundan yaxşı olmasına çalışacaqlarını qeyd edib. “Mən təsəvvür edə bilmirəm ki, bizimlə Azərbaycan arasında olan yaxşı əlaqələr başqa ölkələrlə də bu cür olsun. 
Çünki biz hər cəhətdən bir-birimizə yaxınıq. Qonşuyuq, mədəniyyət, dini və bir çox yaxınlıqlarımız var. Buna görə, heç bir maneə olmamalıdır. Azərbaycanla İran əlaqələri gərək daha da genişlənsin”, - deyə o vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7985.html